Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır Novruz bayramı... Qədim zamanlardan bəri qeyd olunan bu bahar bayramı haqqında nə qədər məlumatımız var? Xalqımız indi də bayram adət-ənənələrini qeyd edirmi? SİA Novruz bayramının tarixi, adət-ənənələri barədə araşdırma aparıb.

Novruz bayramı nədir və hansı ölkələrdə keçirilir?

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Novruz bayramının mənşəyi və tarixi

Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.

Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı qeyd edib. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlib. Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur.

Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlayıblar. Məlum olur ki, keçirilən bu bayramların, adətlərin heç bir dini ehkamla əlaqəsi olmadan keçirilir.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini deyiblər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs edib. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd edib.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Novruz bayramı çərşənbələri

Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur hansılar ki, aşağıda sıralanıb:

- İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.

- İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.

- Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.

- Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Novruz bayramı adət-ənənələri

Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.

- Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.

- Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.

- Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.

- Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.

- Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.

- Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Bu oyunda yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi.

- Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər.

 

Novruz nemətlərinin bəzi simvolik mənaları:

Yumurta

Yumurta Həft - Sin (Yeddi nemət) süfrəsindən əlavə bayramın əsas komponentdidir və masada boyalı şəkildə görünməlidir, çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng isə irqin, yəni, fərqli yaradılışın simvoludur. Üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyasıdır.

Səməni

Təzə yetişmiş buğda cücərtilərindən hazırlanan səməni, yaşıllığın və təbiətin dirilməsinin simvoludur. Eyni zamanda Səməninin yaxşı bitməsi ilin məhsuldar olacağını, əks halda isə qıt olacağına nişanədir.

 

İydə

İydə və yarpaqları, həmçinin ətirli çiçəkləri sevgi və məhəbbət stimuludur və daha gözəl il üçün əsas şərtlərdən biridir, Zərdüştlər iydə toxumlarını kəklikotu ilə qarışdırıb Novruz masasına qoyurdular.

Sarımsaq

Sarımsaq gümrahlıq, ətraf mühitin təmizliyi və bədənin sağlamlığı ilə yanaşı bəd gözlərdən qorunmanın simvolu kimi süfrəyə qoyulurdu.

Sumaq

Sumaq Novruz süfrəsinə qoyulmuş sevgi, qəlblərin birləşməyin simvoludur.

Qovurğa

Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz fındıq da qoyulur.

Qoz, fıstıü, fındıq, şabalıd

Bu çərəzləri yedikdə insanda enerji depolanır və gücün rəmzidir. Şabalıd farsca olub "şah palıd" sözünün birləşməsidir. Gələcək işlərdə möhkəm olmağa nişanədir.

Paxlava

Paxlava ulduz və odun simvoludur. Paxlava ortasına qoyulmuş fındıq torpağa işarədir. Torpaqdan yaranmanı ifadə edir. Ümumiyyətlə, Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir.

Azərbaycan incəsənətində Novruz bayramı

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib.

Bildiyimiz kimi, bu bayram təkcə Azərbaycanda keçirilmir. Əgər öz adət-ənənələrimizdən danışırıqsa, digər ölkələr haqqında məlumat verməyi də özümüzə borc bilirik.

Türk xalqları Novruzu necə qeyd edirlər?

Türkmənistan

Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olmuşdu. Bu bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə çevrilir. Burada Türkmənistanın tanınmış estrada ulduz və qruplarının iştirakıyla konsert proqramı verilir.

Qırğızıstan

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan – süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sümelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. Hətta xanımların iştirak etdiyi idman yarışlarını demirik. Oğlanları yarışa dəvət edən qızlar qalib gəldikləri halda onlardan istənilən arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin qıza elçi düşə bilirdilər. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.

Türkiyə

Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Diyarbekirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə qonaq edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadoluda Novruz Bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şebinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.

Qazaxıstan

Qazaxlar Novruzu Naurız adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan

Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.

Dünyanın başqa yerlərində...

VII əsrdə müsəlmanların fəthindən sonra fars zərdüştilərinin əksəriyyəti Hindistana qaçdı. Bu gün də onların törəmələri olan Parsilər zərdüştiliyi dinləyir və “Novruz” bayramını qeyd edirlər. Bayramı qeyd edən digər azlıqlar arasında Çindəki türk uyğur xalqı və Rusiyanın cənubundakı ləzgilər və tatarlar, həmçinin Balkanlar, Monqolustan, Pakistan və Banqladeşin bəzi bölgələrindəki azlıqlar var. Dünyanın müxtəlif yerlərindəki diasporlar, eyni zamanda, ölkənin əhəmiyyətli İran-Amerika əhalisi sayəsində bir çoxu ABŞ-ın müxtəlif şəhərlərində təşkil oluna bilən möhtəşəm bayramlara ev sahibliyi edir.

28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ