"15 oktyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bir gündür. 20 il öncə, 2003-cü ilin oktyabrında xalqın dəstəyi, seçicilərin mütləq səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev 20 il sonra Xankəndi şəhərindən Azərbaycanın suverenliyinin tam şəkildə bərpa olunduğunu bütün dünyaya bəyan etdi. 20 il öncə andiçmə mərasimi zamanı xalqına verdiyi sözə əməl edən cənab Prezidentimiz Azərbaycan tarixinə qalib, müzəffər Ali Baş Komandan kimi öz adını qızıl hərflərlə həkk edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

Millət vəkili bildirib ki, hazırda müasir tariximizin ən şərəfli və ən qürurlu günlərindən birini yaşayırıq: "Antiterror tədbirlərindən sonra separatçı xuntanın diz çökərək təslim olması, Azərbaycan qanunlarını pozaraq qeyri-qanuni fəaliyyət göstərmiş, özünü hansısa qondarma qurumun "prezidenti" adlandıran şəxslərin, canilərin saxlanılaraq Bakıya gətirilməsi və nəhayət Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırılması XXI əsrdə Azərbaycanın gücünü, qüdrətini və beynəlxalq münasibətlər sistemindəki yerini müəyyənləşdirir.

20 il öncə Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyini və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını bəyan edən möhtərəm Prezidentimiz ötən dövrdə fəaliyyətinin hər günündə, hər saatında milli mənafenin keşiyində dayanıb. "Azərbaycan xalqı bu 20 ildə hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Prezident İlham Əliyev Azərbaycanın bir nömrəli və ümumimilli problemi olan Qarabağ məsələsinin həlli uğrunda yorulmadan və milli maraqlardan bir addım geri çəkilmədən mübarizə apardı".

A. Vəliyev sözlərinə davam edərək qeyd edib ki, tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyev dövlətin siyasi-iqtisadi dayaqlarını daha da möhkəmləndirirdi: "Nəhayət, Vətən müharibəsi Azərbaycan xalqının öz Liderinin rəhbərliyi ilə torpaqlarının azadlığı uğrunda mübarizəsinə çevrildi", - deyən deputat qeyd edib ki, Prezident İlham Əliyev ötən 20 ildə modern cəmiyyətdə qətiyyətli lider, vətənpərvər dövlət başçısı, beynəlxalq münasibətlər sisteminin ən incə komponentlərini belə ölkəsinin maraqlarına istiqamətləndirən rəhbər nümunəsini təqdim etdi.

Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu bütün dünyaya nümayiş etdirib. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb: "Bu gün dünyanın bütün ali tribunalarından öz mövqeyini sərbəst şəkildə ifadə edən, beynəlxalq aləmdə xüsusi hörmətə, nüfuza və imicə malik Azərbaycan bu hörməti öz addımları ilə qazandı.

İnsan hüquq və azadlıqlarına verdiyi dəyər, bütün qərarlarında beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara istinad etməsi, regional layihələrin reallaşmasındakı fəal iştirakı, qlobal təşəbbüskarlığı Azərbaycanın şöhrətini ildən-ilə artırıb. Bu gün Azərbaycanla hesablaşırlar. Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha böyük coğrafiyada böyük məna daşıyır".

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıb: "Dünyanın aparıcı beynəlxalq təşkilatlarının illik toplantılarında, zirvə görüşlərində, sammitlərdə yekun sənəd olaraq qəbul edilən hər bir protokolda Ermənistanın işğalçı dövlət olması xüsusi olaraq yer aldı. Fərqli beynəlxalq təşkilatların verdikləri bğəyanatlar, imzaladıqları qətnamələr Azərbaycanın siyasi üstünlüyünü daha da artırdı – artıq bütün dünya Azərbaycanın haqlı mövqeyin açıq kontekstdə dəstəklədi.

Ötən 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür".

Ağalar Vəliyev bildirib ki, ötən dövr ərzində ölkəmizdə güclü iqtisadiyyat yarandı: "Cənab Prezidentimiz tarixi müraciətində bildirdi ki, bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Bəli, sosial dövlət olan Azərbaycanın əldə etdiyi uğurların təməlində düzgün istiqamətləndirilmiş və dayanıqlı iqtisadi siyasət durmaqdadır. Prezident İlham Əliyev hər zaman bildirib ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib.

 

2023-cü ilin gözləntilərinə görə 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Bu ilin sonuna nisbətən isə 20 ildə artım 17,6 dəfə təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir.

20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir", - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan Ordusu ötən dövrdə dünyanın ən güclü orduları sırasında yer aldı. Müdfiə xarakterli məhsulların daxili istehsalı gücləndirildi. Ordu komplektləşdirildi. 2020-ci il Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi.

Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha ortaya qoydu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı Xankəndindən etdiyi tarixi müraciətində də bildirdi ki, biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu".

Bu gün Azərbaycan xalqı öz Lideri, öz Prezidenti ilə fəxr edir. Verdiyi bütün vədlərə əməl edən, Qarabağ məsələsinə son qoyan Prezident hər zaman bildirib ki, "nəyi, necə, nə vaxt etməyi" O, hamıdan yaxşı bilir: "Bu il Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir və ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Ümumiyyətlə, 2023-cü il tarixi günlər baxımından çox zəngindir – bu il Azərbaycanın Milli Qurtuluşunun 30 illiyi, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20 illiyi və Ulu Öndərimizin 100 illiyidir. Bu il həm də Azərbaycanın suverenliyinin bərpası ili kimi tarixə düşdü.

Eyni zamanda, düz 100 il sonra Qarabağla bağlı ilahi ədalət öz yerini tapdı - Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdı. 100 il sonra bu tarixi ədalətsizliyə Prezident İlham Əliyev tərəfindən son qoyuldu. Prezident İlham Əliyev öz müraciətində vurğuladı ki, "biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzularıçin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik". Bəli, artıq bu reallıq əbədidir və bunu dəyişməyə heç kimin gücü çatmaz. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Qarabağ Azərbaycandır!!!".

12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
12 May 2024 Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan
12 May 2024 Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ? VİDEO
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ