Son xəbərlər

 

“15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndi səfəri tarixi bir səfərdir. Biz xoşbəxt insanlarıq ki, bu günlərin canlı şahidləyirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, Qarabağın azadlığını, suverenliyimizin tam bərpasını, Xankəndidə, Xocalıda, Sərsəngdə, Ağdərədə, Əsgəranda Ali Baş Komandan İlham Əliyevin bayrağımızı qaldırmasının hansı məna, mahiyyət kəsb etdiyini qısa bir yazı, fikirlə izah etmək mümkün deyil: “Təsəvvür edin ki, 200 illik bir problem həll olunub, yəni Azərbaycan ərazisində separatizmə son qoyulub. Səmimi deyək, çoxları inanmırdı ki, belə qısa zamanda Xankəndidə Azərbaycanın idarəetməsi, nəzarəti tam həyata keçəcək. Ancaq cənab İlham Əliyev apardığı cəsarətli və doğru siyasətlə, habelə xalqa və Ordumuza güvənərək bu məsələni qısa bir zamanda həll etdi”.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Prezidentin bu səfərinin 15 oktyabrda baş tutması təsadüfi deyil. Bilirsiniz ki, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilib. 20 illik hakimiyyəti dövründə Azərbaycanı yenidən şəkilləndirib, dərin islahatlar aparıb və ən böyük problemimizi – Qarabağ məsələsini birdəfəlik həll edib. Bu, əsl sərkərdə işi olmaqla yanaşı, dahi, tam uğurlu, mahir bir siyasətçi gedişidir. Hesab edirəm, bunu digər bir şəxs bacara bilməzdi. Cənab İlham Əliyev Azərbaycanı dünyanın ən ciddi, qüdrətli bir ölkəsinə çevirməyi bacardı. Biz iki əsrdir xəyal etdiklərimizi artıq reallıqda görürük və bunun qürurunu yaşayırıq.

 

Prezident Xankəndidə dünyaya bir daha mesaj verdi ki, biz barış, sülh, tərəqqi, inkişaf maraqları, düşüncəsi ilə yaşayan xalqıq, dövlətik. Bundan hər kəs özü üçün ciddi nəticələr çıxarmalı və Azərbaycanın bölgədə yaratdığı tam yeni reallıqlara uyğun davranmalıdır”.

10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə