Son xəbərlər

 

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində 48 yaşında vəfat edib.

 

Kult.az xəbər verir ki, siyasi xadimlər və ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə millət vəkilinin ölümü ilə fikirlərini yazıblar.

Millət vəkili Sabir Rüstəmxanlı: “Dünyamızın işığı bir parça azaldı. Gülər üzlü, xoş ovqatlı, ürəyi həyat eşqiylə dolu, yaxşılıq etməkdən, xeyirxahlıqdan zövq alan, уorulmadan çalışan bu gözəl xanım bütün həyatını millətimizin və dövlətimizin maraqlarına, inkişafına sərf etdi. Qənirənin həyatı arzularının gerçəkləşdiyi gün bitdi. Anasına, bütün yaxınlarına təskinlik verir, “başınız sağ olsun, o, hamımızın itkisidir!” deyirəm. Ruhu şad olsun!”

"Teleqraf Holdinq”in rəhbəri Aynur Camal: “Bu qədər hüznlü sonluq olmamalıydı. Ağır, yeri heç vaxt dolmayacaq itkidir. Qənirə Paşayeva nadir şəxsiyyət, nadir insan idi. Allah rəhmət eləsin! Səni unutmayacağam, əzizim”.

Millət vəkili Fazil Mustafa: “Bu axşam acı xəbər hamımızı pərişan etdi. Azərbaycanın fədakar övladı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əziz Qənirə xanım Paşayeva dünyasını dəyişdi. Qənirə xanıma Allahdan rəhmət diləyir, əzizlərinə və onu sevən minlərlə Azərbaycan insanına başsağlığı diləyirəm. Dostlarının, həmkarlarının xatirəsində unudulmayacaq bir iz buraxdı, dövlətimiz və millətimiz üçün gördüyü işlər hər zaman rəğbətlə anılacaq. Ruhu şad olsun!”

Xalq artisti Tünzalə Ağayeva: “Cəmiyyətimizdən, türk dünyasından, bizdən getdi Qənirə xanım... Düşünmək çox ağırdır. Allah rəhmət etsin”.

Millət vəkili Cavanşir Feyziyev: “Milli Məclisin ən fəal deputatalarından biri, Mədəniyyət Komitəsinin sədri, hörmətli həmkarımız Qənirə xanım Paşayevanın vaxtsız vəfatı çox kədərli bir hadisədir. Xalqı, vətəni üçün əlindən gələn heç nəyi əsirgəməyən Qənirə xanım 20 il ərzində sözün əsl mənasında millətinə vəkillik etdi, onun səsi olmağı bacardı. Hələ çox arzuları və planları vardı. Təəssüf ki, vaxtsız əcəl aman vermədi. Qənirə xanımın ailə üzvlərinə və bütün doğmalarına, onu sevən bütün seçicilərinə və pərəstişkarlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm. Allah rəhmət eləsin!”

Millət vəkili Jalə Əhmədova: “Bu amansız ölümü sənə heç yaraşdırmadım Qənirə xanım... Böyük ümidlə möcüzə gözləyirdik, yenidən səni aramızda görəcəyimizə inanırdıq. Amma çox təəssüf, bu baş vermədi. Ölüm xəbərinə heç inana bilmədim, çox sarsıldım və kədərləndim. Acımasız ölüm səni tək bizdən deyil, minlərlə Qənirəsevərlərdən aldı. Demişdin ki, biz bu dünyadan gedəndə nə aparacağıq? Əziz bacım, sən bu dünyadan millətinin ən yaxşı vəkili olaraq nüfuz, hörmət, sevgi, xeyirxah, gözəl insan adını qazanaraq getdin. İnsanların sevgisini qazanmaq isə hər kəsə nəsib olmur. Bu dünyadan Qənirə Paşayeva adlı işıqlı bir insan keçib getdi! Məkanın cənnət olsun, sevimli insan! Nur içində yat! Sənin əziz xatirən daim qəlbimizdə yaşayacaq!”

10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə