Ermənistanın müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan məlumat verib.
Qeyd edək ki, bu gün Tulada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının hərbi və hərbi-texniki əməkdaşlıq üzrə iclası keçiriləcək.