Son xəbərlər

 
“Ermənistan ermənilər ilə Qarabağ erməniləri arasında münaqişələr elə 1988-ci illərdən başlayıb. 1 987-ci ildə ermənilər Qarabağa iddia irəli sürəndən sonra Ermənistanda olan millətçi "Daşnaqsütyun" partiyasının üzvləri Qarabağa axın etdilər və orada şad xürrəm yaşayan erməniləri ideoloji cəhətdən xəstələndirdilər, onların beyinlərini zəhərlədilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, o dövrdən keçən 35 il ərzində həmin Qarabağ erməniləri itin gününü çəkdilər, əzab-əziyyət keçdilər: “İndi sərhəddə keçən ermənilərin sifətinə baxdıqda hamısını üzündən məşəqqət yağır və əyni-başları pis gündədir. Yəni daşnaqlar bunlardan alət kimi istifadə etdilər. Həmin "Qarabağ klanı"nın rəhbərləri Koçaryan, Sarkisyan və digər "yanlar" erməniləri soyub, talayıb varlandılar. Köçəryan və Sarkisyan sonradan Ermənistanda hakimiyyəti ələ aldılar. Ermənistanda olan əhalini pis günə qoydular. Ona görə də, 2018-ci ildə ermənilər Paşinyanın arxasında durdu. Təsəvvür edin ki, ikinci Qarabağ müharibəsində məğlub bir dövlət başçısını Ermənistan erməniləri yenidən özlərinə başçı seçdilər. Yəni müharibədə məğlub olmuş bir adamı yenidən başçı seçdilər. Niyə? Çünki onlar gördülər ki, Paşinyanda müsbət fikirlər var və o istəmir ki, əhalisi qırılsın. Son çıxışlarında Qarabağ Azərbaycandır deyən Paşinyanı daha çox dəstəklədilər”.

Elşad Həsənov onu da bildirdi ki, İrəvanda “5-ci kalon” üzvləri, o cümlədən Koçaryanın Sarkisyanın yaxınları Paşinyanı hakimiyyətdən devirmək istəyirlər, amma buna nila ola bilmirlər: “Çünki əhali Paşinyanı dəstəkləyir. Eyni zamanda, Qərb dövlətləri xüsusilə, Avropa ittifaqı və ABŞ Paşinyanın bu siyasətini dəstəkləyir ki, o Rusiyadan yaxasını qurtarmaq istəyir. İndi isə Qarabağdan Ermənistana gedən əhalinin hamısını İrəvana aparmırlar, əksəriyyətini rayonlar arasında bölürlər, xüsusilə, Azərbaycanla həmsərhəd rayonlara aparırlar. Yəni, İrəvanda yaşayan ermənilərin mənzillərdən çıxarılması və onların ora yerləşməsi məsələsində təbii ki, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında qarışıqlıq yaradacaq. Bundan da sui-istifadə etməyə çalışan həmin o “5-ci kalon” üzvləri Paşinyana qarşı yenidən mitinqlərə, iğtişaşlara yol verəcəyi gözlənilir. Ancaq hesab edirəm ki, bunlar da müvəqqətidir. Bu gün Ermənistan müxalifətinin əsas fikri odur kı, oktyabrın 5-nə qədər Paşinyanı hakimiyyətdən devirsinlər, Rusiya yönümlü Qarabağa iddialı şəxs hakimiyyətə gəlsin və yenidən münaqişə alovlansın. Bunu nə Azərbaycan, nə Türkiyə, nə Avropa ittifaqı, nə də ABŞ istəyir. Bu baxımdan, hesab edirəm ki, Amerika xüsusi xidmət orqanları Ermənistan Baş naziri Nikol Paşinyanı xüsusi mühafizə etdilər və əhalinin də böyük əksəriyyəti Paşinyanı dəstəkləyir. Hesab edirəm ki, oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşdə müsbət nəticələr əldə olunacağını gözləmək olar”.

13 May 2024 Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - Xaçmaz sakini şikayətçidir VİDEO
12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
12 May 2024 Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan
12 May 2024 Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ? VİDEO
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ