Son xəbərlər

 

“Azərbaycanın müasir tarixində xalqımızın taleyini müəyyən edən əlamətdar günlər dahi dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizdə belə əlamətdar günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən qorudu, ölkəni sabitliyə, iqtisadi inkişafa və tərəqqiyə çıxardı. Çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, ötən əsrin 90-cı illərindən başlayaraq daxili və xarici qüvvələr Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş görürdülər: “Səriştəsiz, dövlətçilik təcrübəsi olmayan, milli təəssübkeşlikdən xəbərsiz şəxslərin ölkəmiz və xalqımız üçün çətin bir dövrdə hakimiyyəti ələ keçirmələri Azərbaycanın varlığını şübhə altına almışdı. Belə bir çətin vaxtda Ulu Öndərimizin hakimiyyətə qayıdışı və Dahi Liderin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələrin ləğv edilməsi ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaratdı. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyirdi: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”. Bəli, siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik.

Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qayıtdı. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alındı, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olundu, inflyasiyanın səviyyəsi minimal həddə endirildi. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb oldu. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir”.

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL