Son xəbərlər

 
"Təəssüf ki, Ermənistanın havadarları hələ də onu dəstəkləməkdə davam edirlər. Bu süni dəstək Ermənistana heç də fayda gətirməyib. Əksinə, Ermənistan sülhdən daha da uzaqlaşır. Nəticə etibarilə Ermənistan həm regionda öz mövqeyini itirir, həm də ölkədəki vətəndaşlar ağır vəziyyətə düşürlər. Əslində, erməni hakimiyyəti və xalqı üçün baş verənlər mənfi haldır. Regionda Ermənistan uğrunda savaş gedir. ABŞ-da erməni diasporu Ermənistanı əldən buraxmaq istəmir. Bu vasitə ilə ABŞ Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Bu isə çox təhlükəlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, faktiki olaraq Ermənistanın etmək istədikləri ona çox böyük zərbə vuracaq: "Eyni zamanda, Azərbaycana qarşı təzyiqləri artırmaq məqsədilə təxribatlar törətməkdə maraqlı olan bu qüvvələr nə qədər çalışsalar da, bizi mövqeyimizdən döndərə bilməyəcəklər. Azərbaycanın istəkləri gec-tez reallaşacaq. Biz bundan öncə də BMT TŞ-da Azərbaycan əleyhinə müzakirələrin təşkil edilməsinin şahidi olduq. Nəticə etibarilə bu müzakirələrdə ermənilər və onların havadarları öz istəklərinə nail olmadılar".

Deputat sözlərinə davam edərək bildirib ki, bu cür müzakirələr nəticədə Azərbaycan-ABŞ münasibətlərinə də müəyyən dərəcədə soyuqluq gətirə bilər: "Düşünürəm ki, regionun aparıcı dövləti olan Azərbaycanı itirmək ABŞ üçün heç də arzuolunan bir hal deyil. Bu baxımdan ABŞ konqresmenləri öz açıqlamalarında maksimum diqqətli olmalıdırlar. Onlar demokratiyadan dəm vurduqları halda çox vaxt qeyri-demokratik, hüquqi əsası olmayan mövqelərdən çıxış edirlər. ABŞ konqresmenləri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və sülhün əldə olunmasını istəyirlərsə Ermənistana süni dəstək mesajları verməkdən əl çəkməlidir. Rusiya və ya digər qüvvələrlə olan mübarizələrini Ermənistan-Azərbaycan münasibətləri üzərindən qurmamalıdırlar. Bu, region üçün çox böyük təhlükə daşımaqdadır. Azərbaycana qarşı sərt bəyanatlar və çıxışların bizim üçün heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan regionda sülhün bərqərar olması üçün bütün qüvvələrini səfərbər edib və nəticə etibarilə öz istəyinə nail olacaqdır".

19 May 2024 Elektron ticarət dövriyyəsi sürətlə artır VİDEO
19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO