Son xəbərlər

 

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa düşmək olurdu. Çünki tarixdən bilirik ki, erməniləri Cənubi Qafqaza ruslar gətirib. Bilirik ki, ermənilər Cənubi Qafqaza gəldiyi gündən bu günə qədər Rusiya Ermənistana hərtərəfli dəstək durub. Hər kəsə məlumdur ki, Birinci və İkinci Qarabağ müharibələrində Rusiya Ermənistana hansı yardımları edib və hansı müstəvilərdə dəstək olub.

Maraqlısı odur ki, Rusiya hökuməti də müəyyən mənada bunu təsdiq edir. Danılmaz faktdır ki, 44 günlük Vətən müharibəsində Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyənnamə imzalanmasaydı Ermənistan hansı vəziyyətlərə düşə bilərdi.

Qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin bitməsi və ardı ilə Rusiya-Ukrayna müharibəsinin başlanması fonunda birmənalı olaraq Ermənistanın Rusiyaya qarşı münasibətləri kəskin surətdə dəyişib. Belə ki, vaxtilə Rusiyanı su yoluna döndərən Ermənistan bu gün Rusiyanı "bir qaşıq suda" boğmağa çalışır. Əslində bunu birbaşa Ermənistanın Rusiyaya qarşı "xəyanəti" də adlandırmaq olar! Çünki Ermənistan Rusiya ilə ABŞ-ın münasibətlərini bilə-bilə ötən aylarda Ermənistanda, Arazdəyəndə ABŞ-ın 70 milyon dollar sərmayəsi ilə "erməni-amerikan" adlı metallurgiya zavodunun tikilməsinə başladıqdan sonra, ABŞ-la sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılması adı altında 2023-cü il sentyabrın 11-dən 20-dək "Eagle Parnter 2023" adlı təlim keçirir.

Əlbəttə ki, Ermənistan və ABŞ arasında gedən gizli siyasi oyunlar aydındır. Biz hər zaman Ermənistanın bu kimi çirkin siyasətini bütün dünyaya, o cümlədən Rusiyaya sübut etməyə çalışırdıq. Biz bütün dünyaya izah etməyə çalışırdıq ki, Ermənistan elə bir dövlətdir ki, suda boğulan zaman ayı kimi öz balasını da taptalaya bilər. Görünən mənzərə odur ki, bu gün ABŞ çalışır ki, Ermənistanın boğazına siyasi kəndir salıb Rusiyanı da, rus sülhməramlısını da Qarabağdan uzaqlaşdırsın və Rusiyaya Ukrayna-Rusiya məsələsində olduğu kimi növbəti dərs keçsin.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Ermənistanın Qərblə oynadığı yeni oyunda təkcə Rusiya yox, İran da hədəf ola bilər. Belə ki, bildiyimiz kimi ABŞ-İran münasibətləri də ABŞ-Rusiya münasibətləri qədər gərgin olaraq qalmaqdadır. Nəticə olaraq hər zaman olduğu kimi bütün çirkin oyunlarda baş rolu ifa edən Ermənistan ABŞ-la əməkdaşlıq etməklə, bu əməkdaşlığın fonunda Rusiya və İrana real düşmən olan ABŞ-ı Cənubi Qafqaza gətirməklə nəinki Ermənistan-Azərbaycan Qarabağ məsələsinə, hətta ABŞ-Rusiya, ABŞ-İran münasibətlərinin daha da gərginləşməsinə təkan verməyə çalışır.

Hesab edirəm ki, Ermənistan məsələni gərginləşdirmək yox, Azərbaycanla münasibətləri normallaşdırmalıdır, Azərbaycanın etdiyi təklifləri qəbul etməlidir. Əks halda Ermənistan qurmağa çalışdığı yeni oyunda qurban özü olacaq. Ermənistan bir daha bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, bizimlə hədə-qorxu, təxribat yolu ilə danışmaq olmaz.

Millət vəkili İlham Məmmədov

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL