Son xəbərlər

 

“Yaxın Şərqin başıbəlalı olan dövlətlərdən biri də Livandır. Uzun illərdir ki, Livanda sakit həyat yaratmaq mümkün deyil. Üstəlik Livanda olan ermənilər də tarix boyu oranı terror mərkəzinə çeviriblər. Bu fikirlə bağlı heç bir mübahisə yoxdur. Livandakı Azərbaycan səfirliyi qarşısında 50-yə yaxın erməninin aksiya keçirməsi əlbəttə ki, cinayət hadisəsidir. Bu, həm də erməni terror təşkilatlarının Livanın qanunlarını pozması deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan XİN rəhbərliyinin Livana göndərmiş olduğu nota onu göstərir ki, Livan dövləti səfirliyin qorunması ilə bağlı öz üzərinə hansı məsuliyyəti götürübsə, onları yerinə yetirsin: “Erməni əsilli şəxslərin partlayıcı maddələrlə səfirliyimizə hücumu terror aktıdır. Əminəm ki, Azərbaycanın Livan dövlətindən tələbləri səfirliyimizin təhlükəsizlik baxımından fəaliyyəti üçün şərait yaratmış olacaq. Azərbaycan səfirliyinin təhlükəsizliyinin təminatı ilə bağlı həm Livan dövlətinin öhdəliyi var, həm də dövlətimiz diqqətdə saxlayır”.

Deputat sözlərinə davam edərək bildirib ki, Livanda, Fransada və Avropanın başqa dövlətlərində ermənilərin həyata keçirdiyi etiraz nümayişləri onu göstərir ki, erməni düşüncələri son günlərini yaşayır: “Dünyada olan erməniləri Azərbaycana qarşı qaldırmağa cəhd edirlər. Amma bunların hamısı uğursuz cəhdlərdir. Çünki həm Azərbaycan 90-cı illərdəki kimi deyil, həm də ermənilərin gözyaşı tökərək guya ki soyqırıma məruz qalmaq fikri artıq iflasa uğrayıb. 30 il ərzində ermənilər Azərbaycana qarşı əllərindən gələn alçaqlıqları etdilər. Son nəticədə isə haqqı müdafiə edən Azərbaycan qalib gəldi və Ermənistanı darmadağın etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquqa uyğun olan mümkün addımları atacaq. Bu yolda Azərbaycanın işini müdafiə edən kifayət qədər dövlət var. Nə Fransanın, nə Livandakı erməni terrorçularının, nə də Azərbaycana qarşı qəddar mövqedə olan dövlətlərin heç bir arzusu həyata keçməyəcək”.

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL