Son xəbərlər

 
"Gənclik dünyanın hər yerində aparıcı qüvvə, böyük gücdür. Təəssüf ki, 70 illik sovet dönəmində Azərbaycan gəncliyinin kifayət qədər uğurları olsa da, ideologiya yanlış idi. Yəni, Azərbaycan gənci Vətən deyəndə dünyanın altıda bir hissəsini əhatə edən bir imperiyanı, paytaxt deyəndə Moskvanı nəzərdə tuturdu. Ona görə də Azərbaycan gəncliyinin iqtisadiyyatda, təsərrüfatda, orduda nə qədər böyük uğurları olsa da, onların hər biri sovet gəncliyinin hesabına yazılırdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

​Onun sözlərinə görə, Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət gəncliyi ağır və məşəqqətli günlər yaşadı: "Hər birimizə aydındır ki, ordu deyiləndə dünyanın hər yerində gənclik nəzərdə tutulur. Yəni, gənclər vətəni müdafiə etmək, ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə qoşulur. O cümlədən, Azərbaycan gəncliyi də hələ 1991-ci ilə qədər SSRİ dağılan ərəfədə ərazi bütövlüyümüzü təmin etmək üçün düşmən işğalına qarşı mübarizə üçün səngərlərə atıldılar. Yalnız 1993-cü ildə Ulu Öndərin hakimiyyətə gəlişindən sonra gənclər sistemli şəkildə tərbiyə olunmaq və Azərbaycanın haqqını müdafiə etmək üçün azərbaycançılıq ideologiyası ətrafında birləşə bildi".

"Təbii ki, bu birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu gəncliyi əsas hədəflərə doğru yönəldə bildi. Onun bu istiqamətdə xidmətlərinin ilk işartılarını 1994-cü ildə Füzuli ətrafında gedən döylərdə bu gəncliyin böyük bir güc şəklində birləşməsində gördük. 44 günlük müharibədə də artıq Azərbaycan gəncləri bütün dünyaya bəyan etdi ki, bünövrəsi Ulu Öndər tərəfindən qoyulan gənclik siyasətini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycan gəncliyi bu gün də Qarabağın bərpa-quruculuq işlərində fəallıq göstərir. Bu yaxınlarda Laçın şəhəri günündə dövlət başçımızın Azərbaycan Ordusu haqqında söylədiyi fikirlər onu göstərir ki, düşmən ölkəmizin artıq inkişaf etdiyini, azərbaycançılıq ideyasının bütün xalqı öz ətrafında birləşdirdiyini dərk edib",- deyə o əlavə edib.

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL