Son xəbərlər

 
30 avqust - Türk ulusunun zəfər dastanının yazıldığı gün. Bəli, Türkiyənin Zəfər bayramı haqqında yazarkən, bir məqamı da qeyd etmək yerinə düşər. Bu da "bir millət iki dövlət" olan Azərbaycanla Türkiyənin varolma tarixlərindəki oxşarlıqla bağlıdır. Belə ki, hər iki dövlətin müstəqilliyi ağır və qanlı savaşlardan keçib. Dahi Mustafa Kamal Atatürk Qurtuluş savaşına öndərlik etməklə Osmanlı imperiyasının ərazilərinin xarici işğalçılar tərəfindən ələ keçirilməsinin qarşısını aldı və Türkiyə Cümhuriyyətinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev isə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra xarici və daxili düşmənlərin parçalanma planlarının mərkəzində dayanan Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi. Müasir, qüdrətli və daim inkişaf edən dövlətin əsasını qoydu.

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur"

"Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, "Bir millət iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur". Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Zəfər Bayramı münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı təbrik məktubunda 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını yetirib.

Məktubda deyilir: "Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir".

Təbrik məktubunda "Bir millət iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri olmadığını qürur hissi ilə vurğulayan Prezident İlham Əliyev qeyd edib: "Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".
Və bu gün Türkiyə-Azərbaycan qardaşlığı…

MARAQLARA DEYİL, DƏYƏRLƏRƏ ƏSASLANARAQ BÖLGƏYƏ SÜLH VƏ SABİTLİK GƏTİRİR

Bəli, bu qardaşlığın nəticəsidir ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Azərbaycana ardıcıl olaraq səfərlər etməsi, iki güclü liderlərin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. VƏ BU İKİ LİDERİN UCA ŞƏXSİYYƏTİNƏ, MƏNLİYİNƏ, MƏNƏVİYYATINA, DƏYƏRLƏRƏ BAĞLILIĞINA YARAŞAN DA ELƏ MƏHZ BUDUR!

 

Prezident İlham Əliyev: "Bu gün Türkiyəyə qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm".

Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!
Və bu gün ....

30 AVQUST QƏLƏBƏSİ TÜRK MİLLƏTİNİN SARSILMAZLIĞININ VƏ İRADƏSİNİN NÜMUNƏSİDİR

Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yerlərdən birini tutan 30 avqust - Zəfər bayramı gününü hər il Azərbaycan da Zəfər bayramı kimi qyed edir. Zəfər bayramına bu cür önəmin verilməsi isə heç də təsadüfi deyil. Çünki Türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanıb. Bu böyük Zəfər, 30 avqust qələbəsi türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Lakin bu qələbə heç də asanlıqla qazanılmayıb. Təkcə Türkiyənin deyil, eyni zamanda, türklüyün şərəf tarixi olan 30 avqusta aparan yolda saysız-hesabsız savaşlar baş verib, türk millətinin qeyrətli oğul və qızlarının qanları axıdılıb.
Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) yad etmək üçün qeyd olunan bayramdır. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə, Zəfər bayramı 1935-ci ilin may ayında elan edilib.

Beləliklə, 30 avqust 1922-ci il tarixi Türk ulusunun imperialist güclərə qarşı qadınıyla, uşağıyla, ordusuyla verdiyi bir savaşın, Zəfər dastanının yazıldığı gündür. Türk ulusunun müstəqillik düşüncəsinin ölümsüz bir abidəsi olan bu zəfər Türk ordusunun yüksək qüdrət və qəhrəmanlığının bir nümunəsidir. Bu zəfər milli birlik və bərabərliyin nə qədər böyük güc olduğunu da bir daha təsdiqləyib.

Həmin tarixi gün münasibətilə xalqa müraciət edən Mustafa Kamal Atatürkün "Böyük Türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir" sözləri isə, ümumilikdə Türkiyə üçün yaşam şüarına çevrilib. Və bu gün həmin şüara sadiq qalan türk milləti dahi Atatürkün yadigarı və onun qurduğu dövlətin bir nömrəli keşikçisi olan Türk ordusunun daha da güclənməsi üçün əlindən gələni edir. çünki güclü ordu, güclü Türkiyə deməkdir!!!
Və buna görə də 30 Avqust - Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür. Və bu gün Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir uğurundan qürur hissi keçirir. ZƏFƏR bayramın mübarək, qardaş Türkiyə!

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL