Sosial şəbəkə istifadəçiləri bu gün metro qatarının tuneldə qalması ilə bağlı məlumat paylaşıb.
Onlar qatarın “Nizami” və “28 May” metrostansiyaları arasında dayandığını bildirib.
“Qafqazinfo” məsələylə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, hazırda qatarların hərəkətində heç bir problem yoxdur:
“Sözügedən hadisə sadəcə 30 saniyə baş verib. Buna səbəb isə maşinistin qarşıdan gedən sınaq qatarını gözləməsi olub. Bu kimi hallar bizdə hər zaman başverir, normal iş şəraitidir”.