Son xəbərlər

 

19 avqust dünya humanitar günü ilə əlaqədar BMT Baş Katibinin "mülkü insanlar münaqişələrdə hədəf olmamalıdır" (civilians in conflicts are #NotATarget) başlıqlı çağırışını dəstəkləyirik.

 

Bu sözləri 19 avqust dünya humanitar günü ilə əlaqədar APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsində mülki insanlarının hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir: "Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsi nəticəsində beynəlxalq humanitar hüququn öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırım əməlləri törədilib. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq Azərbaycanlının hələ də itkin düşmüş vəziyyətdə olması bunun bariz sübutlarıdır. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları qəsdən hədəfə alaraq Ermənistan bu barbar siyasətini davam etdirir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralandı və aralarında uşaq da olmaqla 6 nəfər həlak oldu. Bu ilin 4 iyulunda Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak oldu, daha bir mülki şəxs ağır yaralandı. Bu cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə yenə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu.

Mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu cinayətlərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər onun siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində müstəqilliyinin ilk illərində Azərbaycan II Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşdi. Ona görə də 19 avqust dünya humanitar günü münaqişədən əziyyət çəkən mülki insanlara yardım göstərilməsi baxımdan da Azərbaycan üçün əlamətdardır. Biz həmin dövrdə Azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərən BMT-nin müvafiq strukturları və onların əməkdaşlarının dəstəyini yüksək qiymətləndiririk.

Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər".

16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL
14 May 2024 Azərbaycanda şəkər BAHALAŞA BİLƏR VİDEO
14 May 2024 İlham Əliyev: "Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi" -ŞƏRH
14 May 2024 Xəzərdə suyun azalması çimərliklərə təhlükə yaradır? VİDEO
14 May 2024 "ABŞ dünyada yeni işğalçılığın klassik formasını yaradıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 "Heç kim İslam dinini qəbul etməyə məcbur edilə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ
13 May 2024 "Heydər Əliyevin doğum günündə ilk Şuşa sakinlərinin geri qayıtması rəmzi məna daşıyır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
13 May 2024 Asan yolla qazanc vədinə aldandı, böyük məbləğdə pulundan oldu - Xaçmaz sakini şikayətçidir VİDEO
12 May 2024 Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”
12 May 2024 Netanyahu etdikləri ilə Hitleri qısqandıracaq - Ərdoğan
12 May 2024 Qeyri-sabit hava məhsulların qiymətinə təsir edə BİLƏRMİ? VİDEO
10 May 2024 Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar?
10 May 2024 İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ətə olan tələbatını qarşılaya bilərmi? VİDEO
10 May 2024 “Ulu Öndər Heydər Əliyevin dünyada əvəzi yoxdur və olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ
10 May 2024 "Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Prof. İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitabı işıq üzü görüb - FOTO
09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy