Son xəbərlər

 

Sabah tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 99-cu ildönümünü qeyd edəcəyik.

AXC az yaşadı, amma əsrlərə bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, ancaq çox şərəfli və mürəkkəb yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu. Bu baxımdan Cümhuriyyət qurucularının, liderlərinin xidməti danılmazdır.

Bəs azadlıq uğrunda, xalq yolunda mübarizə aparan həmin insanların Cümhuriyyətin süqutundan sonrakı aqibəti necə oldu?

Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublu Modern.az-a açıqlamasında neçə AXC qurucusunun sonrakı taleyindən bəhs edib.

Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Parlament sədrinin birinci müavini seçilib. Parlamentin sədri seçilən Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirib. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilib və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik edib.

Nəsiman Yaqublunun sözlərinə görə Aprel işğalından (1920) sonra Həsən bəy Ağayev Gürcüstana gedib:

“Tiflisə mühacirət edən Həsən bəy Ağayevin əsas məqsədi yenidən Azərbaycanı azad etmək idi. O, müəyyən müddət Tiflisdə fəaliyyət göstərsə də, 1920-ci il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirildi. Həsən bəy Ağayevin məzarı da bu günə qədər Tiflisdə Botanika bağında qorunub saxlanılır”.

Fətəli xan Xoyski Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olub.

1919-cu ilin martına kimi Fətəli xan Xoyski AXC hökumətinin rəhbəri olub. Bu müddət ərzində bank sistemi yaradılaraq pul və poçt markaları buraxılıb, milli dildə məktəblər açılıb, kənd və şəhərlərə əvvəlki adları (məs. Yelizavetpol - Gəncə) qaytarılıb və s. dövlət əhəmiyyətli işlər görülərək dövlət hakimiyyətinin strukturu möhkəmləndirilib. O, Azərbaycan Dövlət Universitetinin yaradılması prosesində və Azərbaycan parlamentinə keçiriləcək seçkilərdə fəal iştirak edib. 1919-cu ilin martından 1920-ci ilin martınadək olan dövrdə Azərbaycan hökumətinə Nəsib bəy Yusifbəyli rəhbərlik edib. Fətəli xan Xoyski bu hökumətdə xarici işlər naziri vəzifəsini tutub.

Nəsiman Yaqublu bildirib ki, Fətəli xan Xoyski də Həsən bəy Ağayev kimi AXC-nin süqutundan sonra Tiflisə gedib və orada müstəqilliyimiz uğrunda yenidən mübarizə aparmağa başlayıb:

“Həmin vaxt bolşeviklər hələ Gürcüstanı işğal edə bilməmişdilər. Fətəli xan Xoyski bir müddət mübarizə apardıqdan sonra təəssüf ki, 1920-ci ilin iyunun 19-da erməni millətçi-terrorçuları tərəfindən qətlə yetirildi. Həsən bəy Ağayev kimi onun da məzarı bu günə qədər Tiflisdə Botanika bağında qorunub saxlanılır”.

Əlimərdan bəy Topçubaşov 1918-ci ildə Azərbaycan Demokratik hökumətində xarici işlər naziri olub. Onu iki qardaş xalqlar arasında əlaqələr yaratmaq tapşırığı ilə Türkiyəyə göndəriblər. İstanbulda Topçubaşov əsas vəzifəsindən əlavə Azərbaycanda baş verən hadisələrlə bağlı kitab nəşr etdirib. 1918-ci ildə o, Azərbaycan parlamentinin üzvü olub və ilk iclasda sədr seçilib. Tezliklə ona Versal sülh konfransında iştirak etmək üçün göndərilən Azərbaycan nümayəndə heyətinə başçılıq etmək tapşırığı verilib. Ə. Topçubaşov İstanbuldan birbaşa Fransaya yola düşüb.

Tədqiqatçı qeyd edib ki, Əlimərdan bəy Topçubaşov 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra vətənə qayıda bilməyərək mühacir olub:

“Topçubaşov hələ Cumhuriyyət dövründə Fransaya getmişdi. Azərbaycanı dünyaya tanıdırdı. Bir çox sülh müqaviləsində, 23-ə qədər ölkənin Azərbaycanı tanımasında Əlimərdan bəy Topçubaşovun böyük rolu olub. Topçubaşov həm də 1920-ci ildə Fransada yaradılan Prometey hərəkatında çox yaxından iştirak edib. 1934-cü ildə Belçikanın paytaxtı Brüsseldə Qafqaz Konfedarasiya sazişinin imzalanmasında iştirak edib. 1934-cü il noyabrın 6-da Topçubaşov dünyasının dəyişib və məzarı hazırda Parisdə Sen-Klu qəbirstanlığındadır”.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat fraksiyasına (1919-cu ilin oktyabrından Müsavat və bitərəflər fraksiyası) başçılıq edib, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynayıb.

1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirdiyi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxıb.

Tarixçinin sözlərinə görə AXC-nin süqutundan sonra Rəsulzadə Almaniya və Türkiyəyə gedib:

“Rəsulzadə AXC-nin süqutundan sonra müxtəlif ölkələrdə azadlıq mübarizəsi apardı. Sona qədər Azərbaycanın azadlıq mübarizəsini dəstəklədi. 1955-ci ildə martın 6-da dünyasını dəyişdi. Qeyd etmək istəyirəm ki, Rəsulzadə Azərbaycan mühacirləri arasında ən çox yaşayan və ən çox iş görən siyasi liderlərimizdən biridir. Promotey hərəkatında, Qafqaz Konfederasiyasının fəaliyyətində Rəsulzadə çox ciddi işlər gördü. Dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Zəngin iz qoyub getdi. Çoxlu mühacirət mətbuat orqanları yaratdı, kitablar çap etdirdi”.

03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi