Son xəbərlər

 

Dünən qəzetlərdəki, elektron mediadakı yazılarla, telefon zəngləri və mesajlarla, uzaqdan-yaxından, mənim ad günümü təbrik edən insanlara - qələm dostlarıma, tanışlarıma, oxucularıma, böyüklü-kiçikli bütün doğmalarıma təşəkkür edir, sonsuz sevgi və sayğılarımı çatdırıram.

Hamısı zəhmətinin hədər getmədiyini göstərən və insana təskinlik verən sözlər, təbriklərdir. Əvvəlllər də yazmışam: Mənim ailəm yalnız qanla, soyadla bağlı olanlar deyil, Bütün Azərbaycandır... Belə günlərdə bu böyük mənəvi ailəmin hətta Azərbaycanın sərhədlərindən də geniş olduğunu görür və bu ruh birliyinə sevinirəm.

Kult.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı ad günü ilə bağlı sosial şəbəkədə paylaşıb. O bildirib ki, həmişə ad günlərinin səssizcə ötüb keçməsini istəyib, yaxud da mayın 20-də qaçıb təklənməyə çalışıb:

“Hər 5 ildən bir yaradıcılıq gecələri keçirib hesabat vermək ad günlərini əvəz edir. Həm də hər il yaşımızın xatırlanması adamı əzir, inanmaq olmur: necə keçdi bu illər?!

Nə isə. Bu il də istəyimcə oldu. Almaniyadayam. Dünən, mayın 20-də Kölndə Avropadakı Güney Azərbaycan siyasi təşkilatlarının çox mühüm bir toplantısını keçirdik. Güneyli-quzeyli soydaşlarımızın, gənclərimizin iştirakı ilə. Axşamadək davam edən müzakirələrdən razı qaldım. Milli taleyimiz baxımından önəmli hesab etdiyim bu hərəkat ötən ilin dekabrından, İsveçdən-Yöteburq şəhərindəki ilk yığıncağımızdan başlanıb, davam edir və inanıram ki, sonucu da uğurlu olacaq... Niyyətimiz mühacirətdəki Güney hərəkatini vahid bir cəbhədə, ittifaqda birləşdirməkdir... Türk düşmənçiliyinin həm Azərbaycanda, həm Türkiyədə, həm də bölgədə cəbhələr açdığı, böyüyən faciələrimizi görə-görə pərakəndə, dağınıq fəaliyyət nəticə verməz. Geniş milli dirəniş olmasa, qurtuluş hərəkatı bütövləşməsə, üstümüzə gələn şər qüvvələrə cavab verə biləcək bir gücə çevrilməsək gələcəyimiz zülmətə bürünər. Bunu görməli, etiraf etməli və milli mübarizəmizi buna uyğunlaşdırmalıyıq... Yoxsa millətə adını da, ad günləri keçirməyi də unutdurarlar.

Allah Vətənimizi, Millətimizi və bizi sevənləri qorusun!”

03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi