Rusiya Prezidenti Vladimir Putinin “Oreşnik” və Qərbin hava hücumundan müdafiəsi arasında “texnoloji duel” təklifi yeni rus raketinin zəiflikləri ilə bağlı suala cavab idi.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezidentin bu bəyanatları barədə ona verilən sual kontekstində danışmaq çox vacibdir. Bu onun təşəbbüsü deyildi, ondan raketin mümkün zəifliklərini izah etmək istəndi və buna görə də prezident bu raketin necə işlədiyi, mövcud hava hücumundan müdafiə sistemlərinə necə həssas olması və sair barədə kifayət qədər təfərrüatlı danışdı”, - o bildirib.