İki ölkənin 30 milyard dollarlıq qarşılıqlı ticarət həcmi hədəfinə çatması üçün imkanı var.
Əlaqələri inkişaf etdirərək buna nail ola bilərik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla Qahirədə keçirdiyi görüşdə deyib.
Ərdoğan qeyd edib ki, ölkəsi sabitlik və təhlükəsizliyin hökm sürdüyü, terrordan tam təmizlənən, qaçqınların könüllü və ləyaqətli şəkildə geri qayıda biləcəyi Suriyanın tərəfdarıdır.