Gürcüstanın indiki eks-prezidenti Salome Zurabişvilinin Avropa Parlamentində ölkədə baş verənlərlə bağlı bəyanatları əhəmiyyətsiz və absurddur.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“İlk dəfədir ki, bir şəxsin kürsüsündən belə yapışdığını görürəm. Doğrudan da, ilk dəfədir ki, Salome Zurabişvilinin öz kürsüsünə qarşı bu qədər emosional olduğunu görürəm. Vəzifəsindən ayrılmaq istəmir, buna görə də çox çətin bir emosional vəziyyətə sahibdir, özünə mümkün və qeyri-mümkün olan hər şeyə icazə verir”, - o bildirib.
Qeyd edək ki, Salome Zurabişvili Avropa Parlamentində çıxış edərək, AB-ni Gürcüstandakı siyasi böhranı həll etmək üçün daha sürətli hərəkət etməyə çağırıb.