Son xəbərlər

 

BRİKS üzvlərinin sayı artacaq.

Bu təşkilata maraq göstərən dövlətlərin sayı artıb. Bu sırada Türkiyə də var. “Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq?”, – deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Rusiyanın Nijni Novqorodda keçirilən toplantısına qatılıb. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzi analizində yer alıb.

Analizdə bildirilir ki, Türkiyə bu təşkilata üzv olmaqla həm xarici siyasətini şaxələndirməyə, həm də tərəfdaşları ilə əlaqələrini gücləndirməyə çalışır:

“Buna baxmayaraq, BRİKS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRİKS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRİKS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİKS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq”.

Mərkəzin analitik təhlilində qeyd olunur ki, Moskva təşkilat üzvlərinin sayının artırılması siyasətini dəstəkləyir:

“Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, bu ilin oktyabr ayında Kazan şəhərində keçiriləcək sammitə qədər yeni üzvlərlə bağlı təkliflər hazırlanacaq. Moskva təşkilatla tərəfdaşlıq etmək istəyən dövlətlərin üzvlüyünə müsbət baxır. Ancaq fərqli yanaşmalar da var.

Hindistan XİN-in sözçüsü Randxir Caysval açıqlama verərək, BRİKS-in genişlənməsinin bütün üzvlərin razılığı əsasında mümkün olduğunu bildirib. Bölgə ölkələrindən Tailand da BRİKS-ə üzv olmaq istəyir”.

Təhlildə Hindistanla Çin arasında Maldiv adalarıyla bağlı artan gərginlik məsələsinə də toxunulub:

“Ada dövləti olan Maldiv mühüm geosiyasi kəsişmədə yerləşir. Hindistanın ada dövləti ilə münasibətləri Muizzunun Maldivin prezidentliyi dövründə pozulub. Halbuki buna qədər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində idi. Hindistan Maldivdə müxtəlif layihələri maliyyələşdirib, 500 milyon dollar dəyərində güzəştli kredit verib. Maldiv adalarının hazırda Çinin orbitinə yaxınlaşdığı görünür. Bu amilin özü göstərir ki, Hindistan və Çin BRİKS təşkilatının üzvü olsalar da, aralarında rəqabət də davam edir”.

24 İyun 2024 AB-nin qapıları Gürcüstan üçün bağlanacaq - Borrell
24 İyun 2024 Macarıstanın vetosu bu cür “zərərsizləşdirilir”
24 İyun 2024 Ermənistan atəşkəsi pozur: hədəf dəhliz və Kərkidir?
24 İyun 2024 Netanyahu: Döyüşün aktiv mərhələsi bitir!
24 İyun 2024 Müharibə buna görə Rusiyaya keçməlidir - Budanov
24 İyun 2024 Azərbaycanın "Sezar"ı məhv edəcək silahı...
23 İyun 2024 Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb
23 İyun 2024 İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?
23 İyun 2024 Rusiyanın gələcəyi bundan asılıdır - Putin
23 İyun 2024 Müqəddəs gündə Ukraynanın zərbə endirməsi... - Rusiya XİN
23 İyun 2024 Vuçiç çağırış etdi: Hazır olun, vəziyyət pis olacaq
23 İyun 2024 Yalnız öz silahımıza arxalana bilərik - Putin
23 İyun 2024 Priqojinin adamları qiyama hazırlaşır? – Şok
23 İyun 2024 Moldova müharibəyə cəlb ediləcək - Dodon
23 İyun 2024 Ukraynada rus dilində danışmaq xoş deyil - Zelenskaya
23 İyun 2024 Böyük böhran: Türkiyə ərzaq ehtiyatı toplayır
23 İyun 2024 Hücuma hazırlaşan 90 minlik rus ordusu məhv edildi
23 İyun 2024 Minnixanov Türkiyədən danışdı: Əsl dostdur…
23 İyun 2024 Rus bombalarından qorunmaq tamamilə mümkündür
22 İyun 2024 Turistlərə bəd xəbər: Barselonada bu qadağan edilir
22 İyun 2024 COVİD geri qayıdır? - Bu ölkədə xəstəxanaya yerləşdirilənlərin sayı artdı
22 İyun 2024 Karamollaoğlunu o əvəz edəcək
22 İyun 2024 Hindistanda daşqın: 27 nəfər öldü
22 İyun 2024 Hindistanın Türkiyədəki səfiri öldü
22 İyun 2024 Əgər Rusiya strateji məğlubiyyətə yaxınlaşarsa… - Putin
22 İyun 2024 Baş nazirdən AzTV ilə bağlı qərar
22 İyun 2024 Mask 12-ci dəfə ata oldu
22 İyun 2024 Bu ölkələr Ermənistanı alqışladı - İrandan səs yoxdur
22 İyun 2024 15 yaşlı yeniyetmə Putinə qarşı təbliğata görə həbs edildi
22 İyun 2024 Netanyahu Ermənistanı təhdid etdi