Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
“Bütün ölkələrimiz (Aİİ ölkələri nəzərdə tutulur - red.), o cümlədən Rusiya və Ermənistan üçün bu beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq müsbətdir. İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir”, - Putin bildirib.