Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbi dövlətə xəyanətdir.

 

Axar.az xəbər verir ki, “Vajnıye istorii” internet nəşri Federal Təhlükəsizlik Xidmətindəki mənbəsinə istinadən bu iddia ilə çıxış edib.

Mənbə bildirib ki, rüşvət ittihamı əslində ictimaiyyət üçündür, İvanovun tutduğu vəzifə səbəbindən rəsmi dairələr dövlətə xəyanətdən danışmaq istəmir:

“Heç kim onu ​​korrupsiyaya görə saxlamazdı. Kremldə hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıqdan sonra əmr verdi”.

Məqalədə qeyd olunub ki, Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir İvanovla bağlı kompromatlar var.

Məlumata görə, İstintaq Komitəsi tərəfindən toplanmış materiallar İvanovun “Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı idi:

“Rusiya Müdafiə Nazirliyi 2017-ci ildə bütün bu faktların üzə çıxmasını əngəlləyib, Sergey Şoyqu isə onun müdafiəsi üçün Hərbi Əks-Kəşfiyyat İdarəsinin keçmiş rəisi Nikolay Yuryevə zəng edib. Hazırda Hərbi Əks-Kəşfiyyat İdarəsi Timur İvanova qarşı aparılan işə aktiv dəstək verir. İndi onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edib həbsxanada “bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi təsnif edəcəklər”.

Qeyd edək ki, Timur İvanov dünən saxlanılıb və onun haqqında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə istintaq prosesi başlayıb.

06 May 2024 Makrondan Netanyahuya: Danışıqları başa çatdır!
06 May 2024 Papa Ukrayna sülh sammitinə dəvət edildi
06 May 2024 Rusiya onu da axtarışa verdi
04 May 2024 Türk xanının xəzinəsi tapıldı – FOTO
04 May 2024 Tramp “mükəmməl sülh planı” hazırlayıb
04 May 2024 Bu, təcilidir, Avropa "ölə" bilər - Borrell
03 May 2024 İsraillə o qapını bağladıq - Ərdoğan
03 May 2024 Fransadan şok: Rusların itkisi yarım milyondur!
03 May 2024 NATO hərbçilərinin rus əsgərlərini öldürməsi... - Britaniya
03 May 2024 Rusiya ordusu 4 ayda nə qədər ərazi işğal edib?
03 May 2024 ABŞ hipersəs raketləri “tutmaq” üçün 3 milyard ayırdı
03 May 2024 Türkiyə ordusu 32 terrorçunu məhv etdi
03 May 2024 Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü
03 May 2024 II Dünya savaşından sonra belə dağıntı olmayıb - BMT
03 May 2024 Litva hücum anonsu verdi - Rusiyadan cavab
03 May 2024 Rusiya NATO-ya təhlükə yaratmır, lakin... - Braze
03 May 2024 Ər-Riyaddan Təl-Əvivə: Bunlara əməl et, razılaşaq...
03 May 2024 Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
02 May 2024 Gürcüstanda agentlər “təpik atır” - Dugin
02 May 2024 Tramp hər gün məhkəmədədir, seçilməyəcək
02 May 2024 Mühüm: Seçki qabağa çəkilə bilər - MSK sədri
02 May 2024 Ermənilərin Vardanyanla bağlı şok planı...
02 May 2024 Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...
02 May 2024 Türkiyədən gətirilən 720 kq pendir yararsız çıxdı
02 May 2024 Xameneinin Azərbaycan dili ilə doğru iradı - Video
02 May 2024 MOSSAD-ın Tehranda məhv etdiyi SEPAH üzvü...
02 May 2024 Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan
02 May 2024 Şoyqu iclas keçirdi: hərbi texnikaların sayı artırılır
02 May 2024 Çin bizə qarşı hərbi güc tətbiq edəcək - ABŞ
02 May 2024 ABŞ indi ona görə cəhənnəmdədir - Tramp