Son xəbərlər

 

Amerikalı siyasi şərhçi Samuel Krugerin Axar.az-a müsahibəsi:

 

- İranla İsrail arasında yaşanan son hücumlardan sonra hadisələrin inkişafını necə proqnozlaşdırırsınız?

- Həqiqətən də münasibətlər kritik nöqtədədir, lakin ABŞ İsrailin hər hansı hərbi qisasını dəstəkləməyəcəyini bildirdi. Bu, İrana bir siqnal göndərir ki, ABŞ Yaxın Şərqdə proseslərin daha da gərginləşməsində maraqlı deyil. Ancaq hadisələrin necə inkişaf edəcəyini hələ görə bilmirik.

- İran və ABŞ arasında müharibə ehtimalı varmı?

- Bugünkü qeyri-sabit və təlatümlü dünyada hər şey mümkündür, lakin düşünmürəm ki, ABŞ və İran arasında müharibə yaxın gələcəkdə baş verə bilər.

- İranda yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququna Amerikanın münasibəti necədir? Demokratik və insan haqları pozulan bir millətə - yəni azərbaycanlılara ABŞ dəstək göstərməlidirmi və bu dəstək necə ola bilər?

- Təəssüf ki, amerikalıların əksəriyyəti İranın şimalında yaşayan 25 milyon (və ya daha çox) azərbaycanlı haqqında çox şey bilmir. Ona görə də bu məsələ mediada və siyasi dairələrdə, xüsusən də seçki ilində çox müzakirə olunmur. Ümumiyyətlə, ABŞ-da İrandakı azərbaycanlıların mədəni və siyasi istəkləri dəstəkləməlidir, lakin ilk növbədə ABŞ ictimaiyyətini bu mövzuda maarifləndirmək lazımdır.

- İran ABŞ tərəfindən bir çox sahələrdə sanksiyalara məruz qalıb. Bu sanksiyalara əməl etməyən ölkələrə də münasibəti sərtdir. Lakin Ermənistanla İranın dərin və hərtəfəli münasibətinin olmasında sanki istisnalar var. Erməni lobbisi bu məsələdə aktiv rol oynayırmı?

- İran və Ermənistan bir çox sahələrdə əməkdaşlıq edir, o cümlədən banklar, təhlükəsizlik, sanksiyaya məruz qalan məhsulların keçidi və s. Əminəm ki, ABŞ hökuməti bu hesabatlardan xəbərdardır. ABŞ reaksiyasının niyə zəif olduğunu söyləmək çətindir. Bəli, ABŞ-dakı erməni lobbisi rol oynayır, lakin bu, həlledici deyil. Yəqin ki, ABŞ hökuməti üçün Ermənistanla İran arasındakı bu münasibətlər kifayət qədər əhəmiyyət kəsb etmir.
- Eyni zamanda Tehran nəzarətində olan media vasitəsilə İsraillə gərginlik fonunda Azərbaycanı da təhdid edir. Bu təhdidə də ABŞ-dan reaksiya arzulanan səviyyədə deyil.

- Azərbaycanla İran arasında gərginliyə işarə edən məlumatlar var. Bu münasibətlər heç vaxt mükəmməl olmayıb və İran tez-tez Azərbaycanı İsraillə yaxşı münasibətlərinə görə tənqid edir. Təbii ki, belə bir tənqid Azərbaycanın xarici siyasət məsələlərinə müdaxilədir. Lakin Azərbaycanın İsraillə əlaqələri təkcə İrandan deyil, digər ölkələrdən gələn tənqidlərə rəğmən güclü, səmərəli və məhsuldar olaraq qalır. Bu bizi sevindirir.

- İran Ermənistanla Azərbaycan arasında müzakirə olunan Zəngəzur dəhlizinə qarşı məntiqsiz şəkildə çıxır və bu yolun açılmasına maneə törədir. Sizcə niyə?

- İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu bütün səbəbləri (açıq və ya gizli) dərk etmək çətindir. Bəzi ekspertlər hesab edirlər ki, ən mühüm səbəblərdən biri iqtisadidir; Zəngəzur dəhlizi açıq olarsa, İran öz ərazisindən malların tranzitindən əldə etdiyi gəliri itirəcək. Digər səbəb isə İranın daşınan mallar üzərində müəyyən nəzarəti və Azərbaycana təsir rıçaqlarını itirməkdən qorxması ola bilər. Hər halda, dəhliz Azərbaycan və Ermənistan arasında sülh danışıqları məsələsidir və biz ümid edirik ki, o, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülhün bir hissəsi kimi nəhayət açılacaq.

03 May 2024 İsraillə o qapını bağladıq - Ərdoğan
03 May 2024 Fransadan şok: Rusların itkisi yarım milyondur!
03 May 2024 NATO hərbçilərinin rus əsgərlərini öldürməsi... - Britaniya
03 May 2024 Rusiya ordusu 4 ayda nə qədər ərazi işğal edib?
03 May 2024 ABŞ hipersəs raketləri “tutmaq” üçün 3 milyard ayırdı
03 May 2024 Türkiyə ordusu 32 terrorçunu məhv etdi
03 May 2024 Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü
03 May 2024 II Dünya savaşından sonra belə dağıntı olmayıb - BMT
03 May 2024 Litva hücum anonsu verdi - Rusiyadan cavab
03 May 2024 Rusiya NATO-ya təhlükə yaratmır, lakin... - Braze
03 May 2024 Ər-Riyaddan Təl-Əvivə: Bunlara əməl et, razılaşaq...
03 May 2024 Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
02 May 2024 Gürcüstanda agentlər “təpik atır” - Dugin
02 May 2024 Tramp hər gün məhkəmədədir, seçilməyəcək
02 May 2024 Mühüm: Seçki qabağa çəkilə bilər - MSK sədri
02 May 2024 Ermənilərin Vardanyanla bağlı şok planı...
02 May 2024 Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...
02 May 2024 Türkiyədən gətirilən 720 kq pendir yararsız çıxdı
02 May 2024 Xameneinin Azərbaycan dili ilə doğru iradı - Video
02 May 2024 MOSSAD-ın Tehranda məhv etdiyi SEPAH üzvü...
02 May 2024 Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan
02 May 2024 Şoyqu iclas keçirdi: hərbi texnikaların sayı artırılır
02 May 2024 Çin bizə qarşı hərbi güc tətbiq edəcək - ABŞ
02 May 2024 ABŞ indi ona görə cəhənnəmdədir - Tramp
01 May 2024 Netanyahudan Qərb ölkələrinə: Haaqaya təzyiq edin!
01 May 2024 ABŞ silahları barədə mifi dağıtdıq - Roqov
01 May 2024 Berlində “Amazon”un maşınları yandırıldı - Video
01 May 2024 Tbilisidəki polislər gündəm oldu - Foto
01 May 2024 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı
01 May 2024 İsrailin “insanı buxarlandıran” silahı – Şok iddia