Rusiyanı təcrid etmək mümkün deyil.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı söyləyib.
“Biz həmişə bu barədə danışmışıq. Sadəcə xəritəyə baxmaq kifayətdir. Təbii rəqabət üstünlüklərimizdən istifadə edərək biz nəqliyyat potensialımızı, avtomobil və dəmir yolları şəbəkəsini genişləndirməyə, dəniz terminallarının tutumunu artırmağa davam edəcəyik”, - Putin deyib.