Rusiya indi tanınmamış Dnestryanıya kömək edə bilməz.
Moldova və Ukrayna indi bu problemi birlikdə həll edə bilər.
Axar.az xəbər verir ki, bunu ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Tvitterdə yazıb.
"Ola bilsin ki, Ukrayna və Moldovanın Dnestryanı problemini həll etməyinin vaxtı çatıb. Kreml həqiqətən də indiki mərhələdə bunu dayandıra bilməz", - o bildirib.
Hoces Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moldovada rusofobiya ilə bağlı sözlərinə də cavab verib:
"Dnestryanı sakinlər doğrudanmı Rusiya kimi cəsədlə zəncirlənmək istəyirlər? Onlar daha parlaq gələcəyə ümid etmirlər?"