Argentinanın Tukuman əyalətində mənşəyi məlum olmayan pnevmoniyadan üç nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Daha 7 nəfərin də virusa yoluxduğu bildirilir.
Səhiyyə rəsmilərinin bildirdiyinə görə, xəstələr qızdırma və qarın ağrısından şikayət edirlər.