Ukrayna müharibəsində Almaniya ABŞ-ın oyuncağı kimi hərəkət edir.
Axar.az xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının keçmiş lideri və Sol Partiyasının qurucusu Oskar Lafonten deyib.
“ABŞ-ın tələbi ilə “Şimal axını 2” dayandırıldı. ABŞ-ın ən mühüm halqalarından biri olan NATO-nun “Rammsteyn” bazası da Almaniyadadır. Biz qətiyyən müstəqil dövlət deyilik. Bu xarici siyasət ölkəmizə ziyan vurur”, - O.Lafonten bildirib.