Qazaxıstanda parlament deputatlarının bir qrupu (Yeni Qazaxıstan) paytaxta Astana adının geri qaytarılmasını təklif edib.
Axar.az xəbər verir ki, bu barədə deputatların müraciətində deyilir.
"Konstitusiyaya əlavələr ediləcəyi təqdirdə, bu fürsətdən istifadə edərək, əsas qanuna daha bir mühüm dəyişiklik etmək lazımdır. Söhbət paytaxtın əvvəlki adının qaytarılmasından gedir. Bir insanın sağlığında şəhərə adının verilməsini yanlış hesab edirik. Üstəlik, xalq da paytaxtın yeni adını qəbul etməyib. Ona görə də paytaxta vaxtilə birinci prezidentin (Nursultan Nazarbayev) təklif etdiyi Astana adının qaytarılmasının ədalətli olacağını düşünürük”, - bəyanatda deyilir.