ABŞ Tayvanla bağlı status-kvonun dəyişdirilməsini qəbuledilməz hesab edir.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O bildirib ki, Vaşinqton “Vahid Çin” siyasətini dəyişməyə heç bir ehtiyac görmür. Və Pekini Tayvan ətrafında gərginliyi azaltmağa çağırır.