Döyüş meydanında vəziyyət dəyişib və ruslar Ukrayna ilə danışıqların aparılmasını istəyir.
Ona görə də Putin vasitəçi axtarır. Əvvəlcə Fransa Prezidenti Makron, sonra Türkiyə lideri Ərdoğan, indi isə seçim Çinin başçısı Si Szinpin ola bilər.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Əvvəlcə belə vasitəçilər Makron, Şolts və Draqi idi. O zaman Putinin çoxlu ambisiyaları var idi. Ruslar tərəfindən işğal olunmuş ərazilərin qorunub saxlanmasını nəzərdə tutan plan iflasa uğradı. Sonra Putin bunun uğursuzluq olduğunu başa düşdü. O, başqa bir danışıqlar aparan şəxsə - cənab Ərdoğana müraciət etdi. İndi Putinə onun həyatına zəmanət verən başqa bir vasitəçi lazımdır. Bu, Çin prezidenti Si Szinpindir. Çin artıq bu mənasız müharibəni davam etdirməkdə maraqlı deyil. Cənab Si Çindəki taoist monastırlardan birində Putinə təhlükəsiz qocalığa zəmanət verə bilər”, - o bildirib.