Son xəbərlər

 

Duqinin qızının qətlinin arxasında kim(lər)in dayanması haqda müxtəlif versiyaların irəli sürülməsi davam edir.

 

Bu cür qaranlıq sui-qəsdlərdə müəyyən ehtimallar çıxara bilməyin yollarından biri nəticəyə baxmaqdır: FTX-nın dərhal tapdığı “Ukrayna izi” bu baxımdan çox şeyi deyir:

- Belə qətl “gözdağı” və ya “əzələ nümayişi” üçün olsa belə, Kiyevə sərf etmir, yaxud fikirləri ilə Ukraynanın işğalına əsas yaratdığı irəli sürülən Duqinin “aradan götürülməsi” (qızının öldürüməsi) ilə işğalın dayandırılmayacağı da bəllidir: Ukrayna işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevrilə bilər;

- Belə qətl Rusiyaya sərf edir: Ukraynada “əslində faşistlərə qarşı döyüşür” rəyini rus ictimaiyyətində gücləndirir; davam edən müharibəyə daxili dəstəyi artırır və mümkün qədər dünyaya Ukrayna hakimiyyətinin “banderaçı”lar olduğunu ispatlamağa çalışır; Papa da daxil olmaqla, dünyadan gələn açıqlamalar Moskvaya ən azı “həm də hücuma məruz qalan tərəf” obrazı yaratmağa imkan verir.

Duqinin qızının ölümü haqqında “faşist Ukrayna rejiminin həyata keçirdiyi terror aktı” deyə bəhs etməsi və rus ictimai rəyində “qisas” ehtiraslarının alovlanması da sui-qəsddən qazanan tərəfin kim olduğunu bəlli edir. Və istisna deyil ki, Rusiya Ukraynada yeni zərbələrini bu qətllə əsaslandıra bilər.

Hərçənd, Moskvanın bu sui-qəsddən öz maraqları üçün istifadə etməsi belə qətlin qaranlıq tərəflərini tam anlamağa imkan vermir.

Əsas diqqət çəkən məqam qətlin zamanıdır: Türkiyə “taxıl dəhlizi” razılaşmasına nail oldu, ardınca Ərdoğan Soçidə Putinlə, Lvovda Zelenski ilə görüşdü; Ankara Moskva-Kiyev danışıqlarını yenidən təşkil etməyə çalışır.

Türkiyənin ilk cəhdi – rusların Kiyev ətraflndan geri çəkilməsi də daxil olmaqla, böyük ölçüdə irəliyə doğru addım atıldığı İstanbul razılaşmaları Buça qətliamının ortaya çıxması ilə pozuldu (dünya da artıq Buçadan bəhs etmir).

Duqinanın qətli Türkiyənin ikinci cəhdinin qarşısını alacaqmı? “Ukrayna izi” və Rusiyanın sərgilədiyi mövqe göstərir ki, Ankaranın səylərinin nəticə verəcəyi çətin olacaq. Bu kontekstdə Ukraynada müharibənin bitməsini istəməyənlərin (bu təkcə Rusiyada deyil) qətldə maraqlı tərəf olduğu fikri önə çıxır.

Və qətlin arxasındakı gerçəklərin də nə vaxtsa açılacağı müəmmalıdır, xüsusilə tabutda uzadılan cəsədin görüntülərinin şübhələri bir qədər də artırması fonunda...

17 May 2024 14 yaşlı oğlan çipsdən öldü - FOTO
17 May 2024 Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlandı
17 May 2024 Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq
17 May 2024 Putindən Xarkovla bağlı inanılmaz açıqlama
17 May 2024 Çox savadlıyam, amma oxuya bilmirəm - Putin
17 May 2024 Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı
17 May 2024 İldırım düşdü, 12 nəfər öldü - FOTO
17 May 2024 Münaqişə olmasaydı, Kiyevə bu statusu verməzdik
17 May 2024 Pedofillər bu şəxslərin sırasına daxil edildi – Rəsmi
17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq