Son xəbərlər

 

Ukraynanın qondarma “dxr”in rəhbəri Denis Puşilinin oturduğu administrasiya binasını vurması ilə tərəflər sülhdən bir az da uzaqlaşdılar.

 

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Onun sözlərinə görə, Duqinin qızına qarşı sui-qəsddən sonra Ukrayna müharibəsi kritik mərhələyə qədəm qoyub:

“Sui-qəsd Rusiya üçün böyük bir etibar itkisidir – bu, öz torpağında dövlətə ən yaxın adamlardan birinin yaxşı qoruna bilmədiyinin göstəricisidir. Rusiyada aparılan istintaq fəaliyyəti nəticəsində sui-qəsdin arxasında Ukraynanın olduğu bildirilib. Lakin mən buna qatılmıram. Fikrimcə, Ukraynadan da müəyyən mənada istifadə oluna bilər, ancaq bu, ABŞ-la Rusiyanın daxilindəki hökumətə paralel dərin və gizli quruluşların əməkdaşlığının nəticəsidir. Müharibənin getməsinə baxmayaraq, taxıl dəhlizi ilə bağlı razılıq digər sahələrdə də əməkdaşlığın əldə olunacağına, son nəticədə sülhə ümidləri artırmışdı. Lakin qondarma “dxr” rəhbərinin administrasiya binasının vurulması ilə taxıl dəhlizinin gələcəyi də təhlükə altına düşmüş oldu. Putin və Zelenski arasında görüşün keçirilməsindən bəhs olunurdu, hazırda isə artıq liderlərin görüşü məsələsi də arxa plana keçdi”.
O bildirib ki, Türkiyə onsuz da müharibənin əvvəlindən tərəflər arasında atəşkəsin əldə olunması üçün çalışır:
“Ancaq müharibənin uzanmasını istəyən qüvvələr də iş başındadır. Ukraynanın xarici tərəfdaşlardan güc alaraq Donetsk şəhərinin mərkəzini vurduğunu düşünürəm. Bu həmlə eyni zamanda Rusiyanın Kiyevi vuracağı ilə bağlı son təhdidlərinə cavabdır”.

Başbuğ müharibənin Krıma sıçraması məsələsinə də toxunub:

“Rusiyanın ən böyük qorxusu və qırmızı xətti Krımın işğaldan qurtarılması üçün genişmiqyaslı hücumların başlamasıdır. Müharibə Krıma sıçrasa və orada güclü toqquşma baş versə, fikrimcə, Rusiya hər cür riskə gedəcək. Əgər Krımda digər dövlətlərin də dolayı yolla və ya birbaşa qatıldığı hücum mərhələsi başlasa, o zaman nüvə gücündən istifadə riskindən danışa bilərik. Eyni zamanda bəhs etdiyimiz mərhələ bəşəriyyət üçün Üçüncü Dünya müharibəsindən öncə son dayanacaq olar”.

17 May 2024 14 yaşlı oğlan çipsdən öldü - FOTO
17 May 2024 Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlandı
17 May 2024 Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq
17 May 2024 Putindən Xarkovla bağlı inanılmaz açıqlama
17 May 2024 Çox savadlıyam, amma oxuya bilmirəm - Putin
17 May 2024 Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı
17 May 2024 İldırım düşdü, 12 nəfər öldü - FOTO
17 May 2024 Münaqişə olmasaydı, Kiyevə bu statusu verməzdik
17 May 2024 Pedofillər bu şəxslərin sırasına daxil edildi – Rəsmi
17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq