Türkiyə əvvəlki Türkiyə deyil, Aya Sofyadan dünyaya azan gətirən bir ölkədir.
Azərbaycanda, Qarabağda bu ölkənin bayrağı ilə Türkiyə bayrağını yan-yana dalğalandıran ölkədir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir eyni zamanda vurğulayıb ki, 29 oktyabr 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Ağrıdan Vana qədər, Qabar, Cudi, Bestler dərəsinədək hər nöqtə terrorçulardan təmizlənəcək.