Gürcüstanın Batumi-Axalsıx avtomobil yolunun 125-ci kilometri torpaq sürüşməsi təhlükəsi səbəbindən bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, bu yol ölkənin şərqi ilə qərbini birləşdirir.
Yol təhlükəsizlik tədbirlərinin görülməsindən sonra açılacaq.