16:34
Senator Ed Markın rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Tayvana çatıb.
Axar.az xəbər verir ki, bu barədə Tayvan Xarici İşlər Nazirliyi məlumat verib.
“Xarici işlər nazirinin müavini Yuy Daley Tayvanın qədim dostu Mark və onun partiya yoldaşlarını qarşılayıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, səfər avqustun 15-nə kimi davam edəcək. Səfər çərçivəsində rəsmilər ABŞ-Tayvan münasibətləri və qlobal təchizat zəncirləri kimi məsələləri müzakirə edəcəklər.