Ümid edirik ki, Ukrayna taxılının blokadadan çıxarılaraq Qara dənizdə daşınması Ukraynada müharibənin sonlandırılmasını yaxınlaşdıracaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə və BMT-nin yardımı nəticəsində taxıl dəhlizi ilə bağlı əldə olunan razılaşma dünyada ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edəcək.