Son xəbərlər

 

Bir neçə gün öncə ABŞ-ın həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən Əl-Qaidə lideri Ayman əl-Zəvahirinin dəfni ilə bağlı Taliban rəhbərliyi arasında fikir ayrılıqları var.

 

Axar.az xəbər verir ki, bu barədə əfqan jurnalist Bilal Sərvəri yazıb.

“Məsələn, Əfqanıstan təhsil naziri təmtəraqlı dəfn mərasiminin keçirilməsində israrlıdır. Xarici işlər naziri Əmirxan Muttaki və bir sıra Taliban liderləri isə onunla razılaşmır”, - Sərvəri bildirib.

Sərvəri Zəvahirinin Kabilin elit rayonundakı 4 mərtəbəli, 17 otaqdan ibarət evdə yaşadığını bildirib. Onun sözlərinə görə, Əl Qaidə lideri Kabil polisinin rəhbəri Molla Həmzə ilə qonşu olub, hətta əvvəlcə elə biliblər ki, zərbə onun evinə endirilib.

Jurnalist qeyd edib ki, Əl Qaidə liderinin öldürülməsi əksər Taliban liderləri üçün sürpriz olub, bəziləri hətta onun Kabildə gizləndiyindən xəbərsiz olublar. Ehtimal olunur ki, Zəvahiri Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin himayəsi altında gizlənib. Çünki Zəvahirinin yaşadığı ev Hakkaninin köməkçisi Molla Zeynullaya məxsus olub.

Qeyd edək ki, Hakkani Talibanda daha radikal qanada rəhbərlik edir və Əl Qaidə ilə sıx əlaqələrə malikdir. Hətta onu “Taliban içində Taliban” da adlandırırdılar. ABŞ Hakkaninin başı üçün 5 milyon dollar mükafat təyin edib.

Jurnalist onu da vurğulayıb ki, Zəvahirinin öldürülməsindən bir neçə gün öncə ABŞ və Taliban nümayəndələri Daşkənddə Əfqanıstan Milli Bankına məxsus 3.5 milyard dolların geri qaytarılması məsələsini müzakirə etmişdilər. O zaman ABŞ taliblərə kömək üçün bu istiqamətdə işləri sürətləndirəcəyinə söz vermişdi.

17 May 2024 İldırım düşdü, 12 nəfər öldü - FOTO
17 May 2024 Münaqişə olmasaydı, Kiyevə bu statusu verməzdik
17 May 2024 Pedofillər bu şəxslərin sırasına daxil edildi – Rəsmi
17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq
14 May 2024 Ukraynaya daha çox “Patriot” lazımdır - Frederiksen
14 May 2024 Rusiya Gürcüstanın daxili işlərinə qarışmır - Peskov
14 May 2024 Ukraynanın hansı əraziləri işğal olunub? - Son xəritə
14 May 2024 Baydendən Rusiyaya daha bir qadağa
14 May 2024 Putin Peskovla bağlı qərarını açıqladı
14 May 2024 İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!