ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3 milyard dollar dəyərində "Patriot", BƏƏ-yə isə 2,2 milyard dollar dəyərində THAAD raket sistemlərinin satılmasını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.
Məlumata görə, Ər-Riyada ümumən 300 ədəd "Patriot" MIM-104E raketi və bununla əlaqədar təchizat veriləcək.
BƏƏ-nin isə 96 ədəd THAAD raketi və iki buraxılış qurğusu tələb etdiyi deyilir.