Dünya birliyi nüvə silahından azad dünyaya doğru real addımlar atmalıdır.
Axar.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kisida deyib.
"Yolun nə qədər çətin olmasına baxmayaraq, addım-addım biz nüvə silahlarından azad bir dünyaya aparan yolda istənilən real tədbirləri görməliyik", - deyə baş nazir bildirib.