Rusiyalı sülhməramlılar Ermənistanın İrs Partiyasının lideri Raffi Ovannisyanı Qarabağa buraxmayıb.
Axar.az xəbər verir ki, bu barədə İrs Partiyasından məlumat yayılıb.
Partiyanın məlumatına görə, Ovannisyan Xankəndiyə nəvəsinin “xaç suyuna salınması mərasimi”nə gedirmiş.
“Keçid məntəqəsindəki əsgərlər komandirinin əmrini fotoşəkillə birlikdə təqdim etdilər. Bildirdilər ki, ola bilsin, qadağa rəsmi İrəvandan verilib”, - məlumatda qeyd olunub.