İyul ayında İspaniyada qeydə alınan anomal istilər 2064 nəfərin ölümünə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə III Karlos Sağlamlıq İnstitutunun saytında məlumat verilib.
Ölənlər arasında 14 yaşa qədər 10 uşaq da olub.
Ən yüksək ölüm sayı 18-19 iyul tarixlərində qeydə alınıb – 184 nəfər. Həmin günlərdə İspaniyada temperatur 38-40 dərəcə təşkil edib.