İsveçin paytaxtı Stokholmda Norra Bantorget meydanına toplaşan terror təşkilatının tərəfdarları parlamentin qarşısına yürüş ediblər.
Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Terror təşkilatı YPG/PKK-nı simvolizə edən bayraqlarla təşkilat tərəfdarları İsveç Kəşfiyyat Təşkilatının (SEPO) əleyhinə şüarlar səsləndiriblər", - məlumatda deyilir.
Xatırladaq ki, SEPO-nun dünən verdiyi açıqlamada PKK və digər terror təşkilatlarının İsveçdə hərəkətlərinə qadağa qoyulması istənilib.