Türkiyə ordusunun aprelin 17-də İraqın şimalında başlatdığı “Pəncə-Kilid” antiterror əməliyyatı çərçivəsində 289 PKK terrorçusu məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyatlar zamanı içində xeyli sayda silah-sursat aşkarlanan 330 mağara və sığınacaq da dağıdılıb”, - məlumatda bildirilib.