Almaniya IRIS-T hava hücumundan müdafiə sisteminin istehsalını yayın sonunda tam başa çatdırdıqdan sonra Ukraynaya göndərəcək.
Bundan əlavə, ölkə Ukraynaya haubitsalar da göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
"Bir çox Avropa dövləti kimi problemimiz odur ki, Ukraynanın ehtiyac duyduğu çox şey bizdə yoxdur. Ona görə də biz Ukraynaya hazırda istehsal mərhələsində olan IRIS-T müasir hava hücumundan müdafiə sistemlərini göndərəcəyik. Ukraynaya silah tədarükü məsələsi yer uğrunda yarış deyil, söhbət bütün beynəlxalq ictimaiyyətin, NATO üzvü olan ölkələrin Ukraynaya birgə dəstəyindən gedir”, - Berbok bildirib.