Uzaqmənzilli raketlər və artilleriya sistemlərinin modernləşdirilməsi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından sonra ABŞ ordusunun əsas prioritetidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun Baş Qərargah rəisi, general Ceyms Makkonvil deyib.
O vurğulayıb ki, ABŞ ordusu həm də döyüş meydanında pilotsuz uçuş sistemləri ilə mübarizəyə fokuslanıb.