Son xəbərlər

 

Sosial şəbəkələrdə “Baltalı adamın” videosu yayılıb:

adam metroda balta ilə gəzdiyini, “özünü kişi kimi aparmayan”ları (LGBT-çiləri nəzərdə tutur) baltalayacağını bildirir, hədələyir.

DİN artıq açıqlama yayıb, araşdırmaya başlayıb, yəqin ki, qısa müddətdə “Baltalı adamı”n üzr videosu paylaşılacaq – ya da psixi xəstə olduğu, yaxud tiktokladığı, zarafatlaşdığı üzə çıxacaq.

Məsələ bu deyil; məsələ bu paylaşıma gələn şərhlərdir.

Saysız-hesabsız şərhlər gəlir, hər kəs “Baltalı adam”ın bu addımına haqq qazandırır, ona dəstək verir: “halal olsun”, “kişi admasan”ın biri bir qəpikdən şərh bölümünə tökülür.

Ona dəstək verənlər qanamı susayıb, qətl-edamdan həzzmi alırlar?

Qətiyyən: “Baltalı adam”a dəstək - aksiyadır, etiraz formasıdır, LGBT-yə nifrətin alt-şüurdan gələn diktəsidir.

Niyə LGBT adı ilə ümumiləşdirdiyimiz bu xəstə azlığa bu qədər nifrət olmalıdır?

Bax, sorun budur, məsələnin məğzi burdadır. Çünki illərdir LGBT gizli bir əllə dəstəklənir, qorunur, təbliğ edilir: bu azlığa xaricdən “nətəhərsə” qrantlar axır; bu azlıq “nə təhərsə” Qərbin Azərbaycana təzyiq alətinə çevrilib; bu azlıq efirlərə yol açır - ən qalmaqallı şouların içindən bunlar çıxır, bunlar “əxlaq dərsi” keçir və əxlaqsızlıq yayır...

Efirlərə yağış kimi yağır bayramnurlular, onlara “krallar kimi” həyat qurulur, onların bu “parlaq həyatı” gənclər arasında təbliğ edilir və hələ xarakteri daşlaşmamış, hələ kişiləşməmiş, keçid dövründə olan yeniyetmələr sanki qəsdən bu uçuruma yuvarladılır...

Yeniyetmələrin əxlaqı aşındırılır, cəmiyyətin işğalı gedir və tam əmin ola bilərsiniz ki, bunun 2020-ci il savaşından sonra bu cür pöhrələnməsinin səbəblərindən biri də erməni mərkəzlərinin ideoloji hücumu gücləndirməsinin nəticəsidir.

Cəmiyyəti aşağılamaq, alçaltmaq, düşüncəsini küçə-ara-bazar söhbətləri səviyyəsinə salmaq yolunda kanalların apardığı təbliğat dayanmır. TV – çağırılmayan qonaqdır, evlərimizə soxulub – bunun yutubu, tiktoku, çeşidli şəbəkələri də var axı; hər yerdən LGBT-lərin və ya efirdə qıza (“qız” haaa) xüsusi vurğu və işarə ilə banan yedizdirən şəxsin əxlaqsız hücumu qarşısında qalanlar nə etməlidir?

Bir söz bilirlər: xalq bunu istəyir, xalq buna baxır, reytinq üçün kanallar buna məcburdur!

Yalandır, böhtandır, xalqı şərləməkdir, iftiradır: savadsız, istedadsız, qabiliyyətsiz kanal rəhbərlərinin utanmazlığıdır. Siz nə zaman səviyyəli verilişləri tamaşaçıya təqdim etdiniz ki, tamaşaçı da baxmadı!

Dərhal şablon, bəytərifi üzərində qurulan, yalançı “siyasi debat” görüntüsü yaradan, enerjidən, hissdən, emosiyadan kənar, trafaret üzərində cansız “azteve”çiliyi misal gətirməyin! Əlbəttə o verilişlərə baxılmayacaq; əlbəttə o məzmunsuz və ruhsuz, hər sözü ilə “təbliğat aparırıq” çağıran proqram mövqe qazanmayacaq...

Baxın Solovyova, Kisilyova, Duqinə... Türkiyə kanallarında efirə çıxan, küçədə belə təbliğat aparan enerjili, ruhlu, ağıllı insanların sosial şəbəkələrdə tiraj qıran videolarını izləyin! Görün “dərin dövlət”lərin dərin başları nələr edir, siz nə edirsiniz!

Kamalsız Zaurun tənqid videolarını izləyin – görün nə qədər insan dəstək verdi, nələr dedi. Bəs, deyirdiniz auditoriyası var? Bəs deyirdiniz, bu insanlar sevilir?

Onlara nifrətin miqyası yoxdur – yəni başa düşmürsünüz?

Bütün bunlardan sonra nəticə çıxardıqmı?

Bir böyük dalğa var, bu dalğadan yapışıb möhtəşəm layihələr etmək olardı!

Əvəzində kanallar ictimai rəyə tüpürərək susdu, Audiovizual Şuranın cavabı isə rəsmən bu verilişləri kimlərin müdafiə etdiyini önə çıxardı.

Mehriban xanım Əliyeva qısa müddətdə niyə bu qədər sevildi? Niyə hər zaman diqqət mərkəzindədir?

Geyimi ilə nümunə yaratdı, ocaqlarımıza, pirlərimizə, inanc yerlərimizə sevgisi ilə könülləri fəth etdi. Harda bir əxlaqdankənar veriliş bağlandısa, “Mehriban xanım etdi” dedilər.

Mehriban xanım ictimai yerdə əxlaqsız söz işlədənin aqibətinin necə ola biləcəyini bu cəmiyyətə, ictimaiyyətə göstərdi və xalq da ürəyinin başına qoydu bu xanımı!

Nə zaman dəyərlərimizi qoruyana qarşı çıxdı bu xalq? Nə zaman ləyaqətin, tərbiyənin, əxlaqın hamisini başının tacı etmədi? Nə zaman bayramnurlular deyə ümumiləşdirdiyimiz zümrəyə yox deyənin cəddinə min rəhmət oxumadı?

Bundan niyə dərs çıxarmayıb, bu xalqın milli müqavimətini qıracaq layihələrdə yer alırsınız.

“Baltalı adam”lara “kişi adam” dedirməmək üçün kamalsızları, nursuzları efirdən yığın, bu xalqa onun layiq olduğunu verin!

17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq
14 May 2024 Ukraynaya daha çox “Patriot” lazımdır - Frederiksen
14 May 2024 Rusiya Gürcüstanın daxili işlərinə qarışmır - Peskov
14 May 2024 Ukraynanın hansı əraziləri işğal olunub? - Son xəritə
14 May 2024 Baydendən Rusiyaya daha bir qadağa
14 May 2024 Putin Peskovla bağlı qərarını açıqladı
14 May 2024 İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!
14 May 2024 Makrondan çağırış: Avropanın sütunları çökür!
13 May 2024 Hindistanda reklam lövhəsi aşdı, ölənlər var
13 May 2024 İran internetə məhdudiyyəti daha da gücləndirir