Kanada Baş naziri Castin Trudo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Trudo parlamentdə çıxışı zamanı deyib.
“Telefon söhbəti 45 dəqiqə davam edib. Kanadanın Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı müzakirə aparıldı”, - baş nazir bildirib.