Avropa İttifaqı genişlənə bilər və Ukrayna Avropa mədəniyyətinə aiddir.
Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Dəyərləri, mədəniyyəti və tarixi ilə Ukrayna artıq Rusiyanın işğalı ərəfəsində islahatlar yolu ilə Avropaya qoşulmağa hazırlaşırdı”, - diplomat bildirib.
Onun sözlərinə görə, heç də bütün ölkələrə AB üzvlüyünü almaq nəsib olmur:
“On il əvvəl Salonikidə biz Qərbi Balkanlara Avropa gələcəyini vəd etmişdik. Bəzilərində alınır, bəzilərində yox. Eyni şeyi o vaxt Ukrayna üçün etsəydik, nə olardı?”