Rusiyanın inkişaf etdirdiyi ən yeni qitələrarası ballistik raket “Sarmat”ın sürət yığma vaxtı köhnə “Voyevoda” raketlərindən 1,5 dəfə azdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Strateji Raket Qoşunlarının komandanı Sergey Karakayev deyib.
“Trayektoriyanın aktiv hissəsi və lazımi sürətin əldə edilməsi ilə döyüş başlıqlarının ayrılması nə qədər tez baş versə, bu raket sisteminin qorunması da o qədər yaxşı olar", - Karakayev bildirib.