Son xəbərlər

 

Axar.az Azərtac-a istinadən tanınmış rusiyalı politoloq Oleq Kuznetsovun publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsini təqdim edir:

 

- Bəzi rusiyalı ekspertlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə Avropa İttifaqının və onun simasında Qərbin səylərini Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq cəhdi kimi nəzərdən keçirirlər. Bu barədə Sizin fikrinizi bilmək istərdik...

- Həqiqətən belə fikir mövcuddur və Rusiya KİV-ində vaxtaşırı dərc edilir. Lakin qeyd etmək lazımdır ki, bu fikri söyləyənlər Ukrayna ətrafındakı hadisələr fonunda Ermənistan-Azərbaycan və yaxud Qırğızıstan-Tacikistan münaqişəsi kimi çoxsaylı kiçik lokal münaqişələrdən Rusiya sərhədləri boyunca bir növ “qeyri-sabitlik kəməri”nin yaradılması barədə kollektiv Qərbin geosiyasi modelini həyata keçirmək istəyən insanlardır. Mənim fikrimcə, Qarabağ ətrafında və bütövlükdə Cənubi Qafqazda vəziyyət sabitdir və partlayış təhlükəli deyil, erməni separatçılarının xırda həmlələri bu vəziyyətə heç cür təsir göstərmir və bu şəraitdə liberal meyilli politoloqlar Qarabağ məsələsinin nizamlanması işində Avropa İttifaqı tərəfindən Rusiyanın maraqlarına hansısa diplomatik təhdid barədə tezis vasitəsilə Kremlə informasiya-psixoloji təzyiq göstərməyə cəhdi edirlər. Reallıqda isə Azərbaycan da, Ermənistan da de-yure və de-fakto Rusiyanın müttəfiqləridir və hamıya məlum olan bir çox beynəlxalq sənədlərdə onun bu prosesdə, xüsusən də Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işində aparıcı vasitəçilik rolunu qəbul və təsbit edirlər. Bu barədə hər hansı kənar uydurma və mühakimələr subyektiv arzu və istəklərdən asılı olmayaraq bu obyektiv reallığı dəyişə bilməz.

- Ermənistanda Robert Köçəryanın başçılığı ilə müxalifətin mitinqləri səngimir. Sosial mediada erməni oliqarx dairələrinin maliyyə iştirakı ilə fəal şəkildə belə bir fikir dolanır ki, guya Paşinyanın “sözəbaxanlığı”ndan narazı qalan Kreml Ermənistan hakimiyyətinin başında öz “adamı”nı görməyi arzulayır və bu, onların fikrincə Koçaryandır. Lakin son hadisələr fonunda Rusiyaya öz sərhədlərində qeyri-sabitlik yəqin ki, lazım deyil və Ermənistanı asta da olsa, lakin düzgün şəkildə başa salırlar ki, Azərbaycan ilə sülhün alternativi yoxdur. Erməni müxalifətinin əldə olunan bütün razılaşmalar istisna olmaqla, öz xalqına təklif etməyə heç nəyi yoxdur. Bunu nəzərə alaraq, erməni müxalifətinin etiraz aksiyasını növbəti dəfə “Qarabağ kartı”ndan istifadə etməklə hakimiyyətə qayıtmaq kimi boş cəhd hesab etmək olarmı?

- Bəli, erməni ictimaiyyəti, xüsusən də onun bu gün erməni etirazlarının aparıcı qüvvəsini təşkil edən hissəsi tədricən o fikrə alışdırılır ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin və ona müvafiq digər dövlətlərarası müqavilələr paketinin bağlanması sabahkı gün üçün qaçılmazdır. Bu gün cəmiyyət Paşinyanın əleyhinə olan müxalifətin küçələrə hansı sayda insanın çıxması onu göstərir ki, erməni ictimaiyyəti tədricən bu fikrə öyrəşir. Etiraz yürüşlərinə ən çoxu 10 min nəfər toplaşdığı halda, Ermənistan əhalisinin yarıdan çoxu, xüsusən də heç bir imkana malik olmayanlar Paşinyanı dinməzcə dəstəkləyir. Özü də 2020-ci il müharibəsində məğlubiyyətdən sonra.

Siz tamamilə haqlı olaraq deyirsiniz ki, etiraz aksiyalarının əsas sponsoru aktivləri Rusiyada olan Köçəryandır. Lakin başa düşmək lazımdır ki, Rusiyaya sanksiya təzyiqi nəticəsində Köçəryanın aktivləri azalır və o, artıq öz tərəfdarlarının əvvəlki maliyyə səviyyəsini dəstəkləmək iqtidarında deyil. Üstəlik, Paşinyan hakimiyyətdə olduğu illərdə Köçəryanın Ermənistan Prezidenti olduğu vaxt yerli və rusiyalı erməni oliqarxlar arasında yaratdığı kriminal-bank əlaqələrini qıraraq, Ermənistanın siyasi landşaftının Rusiyadakı erməni diasporundan maliyyə asılılığını əhəmiyyətli şəkildə azaldıb. Köçəryan və onunla həmfikir olanlar yoxsullaşır, onun ehtiyatları tükənir, deməli, onunla bağlı Ermənistandaxili müxalifətin etirazçı hissəsinin də ehtiyatları tükənir. Əgər bu hissə indi fəallıq göstərməsə, iki ildən sonra bunu etmək imkanından ümumiyyətlə məhrum olacaq.

- Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırkı mərhələsində ən mühüm aspekt hazırda Qarabağda yaşayan ermənilər üçün təhlükəsizliyin təminatıdır. Hər halda, erməni informasiya resurslarında dərc olunan materiallardan görünür ki, erməni tərəfi məsələni belə qoyur. Erməni xuntası Nikol Paşinyanı “ermənilərin maraqlarına dönük çıxmış adam” kimi təqdim edir. Siz necə hesab edirsiniz, Qarabağda sülhün alternativi varmı? Ölkənin sülh erasını müdafiə edən hakimiyyət orqanları ilə sülh təşəbbüslərini öz arşınları ilə ölçən diasporla əlbir olan oliqarxların müəyyən təbəqəsi arasında aşkar qarşıdurma fonunda bu vəziyyətin sonu Sizə necə görünür?

- Prinsip etibarilə, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının alternativini görmürəm, çünki bütün başqa variantlar özünün geosiyasi ətrafı ilə nə siyasi, nə də digər müstəvidə rəqabət apara bilməyən erməni dövlətçiliyinin gec-tez süqutuna aparır. Artıq regionun ən yoxsul ölkəsi Gürcüstan deyil, Ermənistandır və Ermənistan bu vəziyyəti yalnız özünün bütün qonşuları ilə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə sülh və dostluq vasitəsilə dəyişə bilər. Özü də indiki şəraitdə işlərin belə vəziyyəti yalnız pisləşə bilər: indi Rusiya vətəndaşlarının Ermənistana axını müşahidə olunur, onlar Ukrayna ətrafında hadisələrlə əlaqədar yaranan geosiyasi fırtınanın səngiməsini gözləməyə cəhd edirlər. Bu isə, xüsusən biznes sahəsində erməni identikliyini dağıdır. Ölkənin daxili vəziyyətinin alternativini onlarda görən erməni cəmiyyətinin müəyyən hissəsi bu istiqaməti götürür. Bu isə, öz növbəsində, “ipə-sapa yatmayanlar”ın mövqeyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır və bu meyli dəyişmək artıq mümkün deyil.

- Sonuncu sual. Ermənistan mətbuatında bu və ya digər fəalların, o cümlədən rusiyalı ekspertlərin dilindən tez-tez sıravi erməni vətəndaşlara Rusiya təbəəliyi barədə çağırışlar səslənir. Motiv bəllidir, lakin əsl səbəb necə? Bu barədə Sizin şərhinizi eşitmək istərdik.

- Rusiya – onun vətəndaşlarının yaşadığı respublikadır. Ona görə də heç kimi Rusiya təbəəliyinə çağırmır və buna məcbur etmirlər. Ermənilərin Ermənistanı tərk etməsi obyektiv prosesdir ki, bunu çoxdan müşahidə edirik və bu, Rusiya tərəfindən olan çağırışlardan heç cür asılı deyil.

17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq
14 May 2024 Ukraynaya daha çox “Patriot” lazımdır - Frederiksen
14 May 2024 Rusiya Gürcüstanın daxili işlərinə qarışmır - Peskov
14 May 2024 Ukraynanın hansı əraziləri işğal olunub? - Son xəritə
14 May 2024 Baydendən Rusiyaya daha bir qadağa
14 May 2024 Putin Peskovla bağlı qərarını açıqladı
14 May 2024 İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!
14 May 2024 Makrondan çağırış: Avropanın sütunları çökür!
13 May 2024 Hindistanda reklam lövhəsi aşdı, ölənlər var
13 May 2024 İran internetə məhdudiyyəti daha da gücləndirir